Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
18:10 | 30 mart 2022 | Çərşənbə
Məqaləyə 578 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
ABŞ Prezidenti Co Bayden çərşənbə axşamı bildirib ki, Qərbin müttəfiq dövlətləri Rusiyanın Ukraynanın paytaxtı Kiyev və şimaldakı Çerniqov şəhəri ətrafında hücumları azaltmaq öhdəliyini yerinə yetirib-yetirməyəcəyini gözləyir.
Bayden Britaniya, Fransa və İtaliya liderləri ilə telefonla danışdıqdan sonra “Onların əməl edib-etməyəcəyini görəcəyik. Görünür onların nə təklif etdiklərinin konsensusu var, baxaq” deyib.
Bayden Ağ Evdə jurnalistlərə şərhlərini çərşənbə axşamı Türkiyədə keçirilən sülh danışıqlarının son raundunda Rusiya hərbçilərinin Kiyev və Çerniqov ətrafında əməliyyatları azaldacaqlarını demələrindən sonra verib.
Rusiya müdafiə nazirinin müavini Aleksandr Fomin bu addımın döyüşlərin dayandırılmasına yönəlmiş danışıqlara “etimadı artırmaq” məqsədi daşıdığını bəyan edib.
Pentaqon “az sayda” rus qüvvələrinin Kiyevdən uzaqlaşmağa başladığını təsdiqləsə də, prezidentdən daha çox skeptisizmlə yanaşıb.
“Biz hesab edirik ki, bu, həqiqi geri çəkilmə deyil, yer dəyişdirilməsidir” - deyə, Pentaqonun mətbuat katibi Con Kirbi jurnalistlərə bildirib.
O, “Biz Rusiya Müdafiə Nazirliyinin bu bəyanatı ilə paytaxt üçün təhlükənin köklü şəkildə azaldığına əmin deyilik” - deyə, əlavə edib.
Rusiya qüvvələri Ukrayna döyüşçülərinin şiddətli müqaviməti qarşısında irəliləyə bilməyib.
Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib ki, rus qoşunları diqqəti Ukraynanın şərqindəki separatçı Luqansk və Donetsk rayonlarının daxil olduğu Donbasa yetirəcək. Onun sözlərinə görə, Moskva Ukraynanın hərbi potensialını azaltmaq da daxil olmaqla, “xüsusi hərbi əməliyyatının” birinci mərhələsini başa vurub.
Pentaqonun mətbuat katibinin dediyinə görə, rus qoşunları şimal və cənubdakı hərbi kampaniyada “dalana dirəndikdən” sonra diqqətini və fəallığını şərqdə artırıb.
ABŞ Müdafiə Nazirliyinin yüksək rütbəli rəsmisi jurnalistlərə Ukrayna qoşunlarının Sumı şəhərinin şimal-şərqindəki Trostyanets şəhərini geri aldığını bildirib. Ukrayna prezidenti Volodimir Zelenski isə bazar ertəsi gecə etdiyi çıxışında Ukrayna ordusunun Kiyev yaxınlığındakı İrpini azad etdiyini deyib.
Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğan İstanbulda danışıqlar başlamazdan əvvəl Ukrayna və Rusiya nümayəndə heyətinə deyib ki, konkret razılığa gəlmək və “bu faciəni dayandırmaq” hər iki tərəfin öhdəliyindədir.
Zelenskinin köməkçisinin bildirdiyinə görə, çərşənbə axşamı danışıqlar zamanı hər iki tərəf mümkün atəşkəs şərtlərini və Ukrayna üçün beynəlxalq təhlükəsizlik təminatlarını müzakirə edib.