
Aİ-dən “Dəmir Pərdə” xəbərdarlığı...
Çarlz Mişelin Türkiyə ilə bağlı açıqlaması dünyanın gündəminə damğa vurdu
Çarlz Mişelin Türkiyə ilə bağlı açıqlaması dünyanın gündəminə damğa vurdu
Putin andiçmə mərasiminə və Qələbə gününə hədiyyə kimi Çasov-Yar təpələrini istəyir
Ukraynadan qayıdan əsgərlər tərəfindən törədilən qətllərin sayı 9 dəfə artıb
Rəsmi Budapeşt 5,8 milyard qrant qarşılığında Ukraynaya nəzərdə tutulan yardıma hə dedi
Günlərlə yeməksiz, susuz kazarmalarda saxlanılıb ...
Rəsmi Sofiyanın Şengen zonasına daxil olmaqdan imtina edilməsinə reaksiyası sərt oldu
Aİ Xorvatiyanın Şengen zonasına daxil olmasını təsdiqləyib
Xorvatiyanın üzvlüyə prəblem olmadığı halda, 1 ölkə Rumıniyanın, 2-si isə Bolqarıstanın əleyhinədir
Rusiya Mərkəzi Bankı hesabat açıqladı
Avropa İttifaqı Rusiyaya 9-cu sanksiya paketini açıqladı
Netanyahunun qurduğu koalisiya qoca qitəni narahat edir
Mühacirləri izləmək və zorla ölkəyə qaytarmaq üçün fəaliyyətdə olublar
25 ölkədə keçirilən əməliyyatda 2500 nəfər həbs olunub
Rusiya neft ticarətində maksimum qiymətdən istifadəni qadağan etməyə hazırlaşır
Kremldən neft qiyməti qərarına etiraz
KOPE-nin son vəziyyəti və MAQATE ilə əməkdaşlıq müzakirə edilib
Avropa Komissiyasının rəhbəri və Avropa İttifaqının baş diplomatı Ukrayna prezidenti Vladimir Zelenskiyə dəstək və bloka üzvlük zəmanəti vermək üçün Kiyevə gəliblər.
“Reuters” agentliyinin xəbərinə görə Brüsseldən Kiyevə qatarla səfər edən Ursula von der Leyen bildirib ki, o Zelenskiyə Ukraynanın “Aİ cığırında” olmasına dair zəmanət gətirib: “Avropa İttifaqı Şurasının hansısa ölkənin üzvlük ərizəsini qəbul etməsi adətən illərlə davam edir. Ukrayna bunu bir-iki həftəyə etdi və mən onu mümkün qədər tez hərəkət etməyə çağırıram”.
Avropa Komissiyasının rəhbəri əmin olduğunu bildirib ki, Ukrayna bu müharibədən “demokratik ölkə” kimi çıxacaq.
Avropa İttifaqının xarici işlər komissarı Josep Borrel deyib ki, onların Kiyevə səfəri Ukraynanın öz ərazisinə nəzarət etməsinin və hökumətin fəaliyyətdə olmasının göstəricisidir: “Ukrayna istila və ya ram edilmiş ölkə deyildir. Onun xaricdən gələn müsafirləri hələ də qəbul edən hökuməti var və Kiyevə gəlmək mümkündür”.
Avropanın bir nömrəli diplomatı əlavə edib ki, Avropa İttifaqı qarşıdan gələn günlərdə Ukraynaya daha 500 milyon avro yardım edəcək.
Borrel habelə deyib ki, bu səfərdən məqsəd Aİ-nin Rusiyanın təklənməsi üçün gördüyü tədbuirlərin nümayiş etdirilməsidir.