Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
15:29 | 10 aprel 2022 | Bazar
Məqaləyə 1176 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Birləşmiş Millətlər Təşkilatının humanitar məsələlər idarəsinin başçısı Martin Qriffit müharibənin viran qoyduğu Ukraynada mühasirə altında olan ərazilərə humanitar yardımın aparılmasına və ilişib qalan vətəndaşların həmin əraziləri tərk etməsinə imkan vermək üçün lokallaşdırılmış atəşkəs rejimlərinin tətbiqinə çağırır.
Qriffit bu həftə Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Ukraynada mümkün humanitar atəşkəsi müzakirə edib. BMT baş katibinin humanitar məsələlər üzrə müavini və fövqəladə hallar üzrə koordinatoru Qriffit bazar ertəsi Ukraynaya səfərindən öncə Moskvaya gedib.
O, atəşkəsə dair vəd almayıb, amma BMT-nin humanitar məsələlər idarəsinin sözçüsü Yens Lirk (Yens Laerke) cümə günü deyib ki, Qriffit bu görüşü uzun prosesin ilk addımı olaraq görür. Bu arada isə o deyib ki, Qriffit müharibə edən tərəflərin lokallaşdırılmış atəşkəslər üzərində razılıq əldə etmələrini son dərəcə mühüm hesab edir.
“Ən çox məruz qalan Mariupol daxil olmaqla, həmin şəhərlərdə, silahları susdurmaq əsas prioritetdir”, o deyib. “Mülki vətəndaşların ilişib qaldığı şəhərlərdə insanların könüllü olaraq təhlükəsiz yerə, özlərinin seçdikləri yerə getmələrinə və yardımın çatdırılmasına icazə vermək”.
Mariupolun yüz minlərlə sakini Rusiya altı həftə öncə Ukraynaya müdaxilə edəndən bəri mühasirə altındadır. Onlar yaşadıqları şəhər Rusiyanın zərbələri nəticəsində xarabalığa çevrildiyi bir vaxt, yeraltı bunkerlərdə gizlənməyə məcbur olublar.
Lirk deyib ki, Qriffit Ukraynaya səfəri zamanı paytaxt Kiyev ətrafındakı Buça və İrpin şəhərlərində ölüm və dağıntıların şahidi olub. O deyib ki, Buçada kütləvi məzarlığı və onlarla dağıdılmış binanı görən Qriffit oradakı mənzərəni dəhşətli adlandırıb və Rusiya qüvvələrinin törətdiyi iddia edilən vəhşiliklərin araşdırılmasına çağırıb.
Rusiya qoşunları paytaxt Kiyevə nəzarəti ala bilməyəcək, geri çəkilsinlər. Onlar diqqətini Ukraynanın şərqində Donbas regionunu ələ keçirməyə yönəldiblər. Lirk bildirib ki, BMT rəsmiləri döyüşlərin istiqamətinin Luqansk və Donetskə yönəldiyi bir vaxt, Mariupoldakı vəziyyətin təkrarlanmayacağına ümid edirlər.
“Luqansk və Donetskdə insanlar hələ də zirzəmilərdə gizlənir. Biz gələn həftə ora karvanlar göndərməyi planlaşdırmışır. Əlbəttə ki, bunun olub-olmayacağı oradakı təhlükəsizlik vəziyyyətindən asılıdır. Amma əgər gedə bilsək, karvan hazır olacaq”.
Lirk deyib ki, Qriffit Ukraynanın şərqində rusdilli bölgələrdə baş verə biləcək hadisələrə görə çox narahatdır. Qriffit Ukraynanı tərk edəndən sonra mediaya atəşkəs barədə nikbin olmadığını deyib.