Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
01:48 | 12 aprel 2022 | Çərşənbə axşamı
Məqaləyə 1406 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Avstriya kansleri Karl Nehammer Moskvanın Ukraynaya əsassız hərbi müdaxiləsi ilə bağlı Rusiya prezidenti Vladimir Putinlə “birbaşa, açıq və sərt” danışıqlar apardığını bildirib.
Nehammerin ofisinin açıqladığı bəyanatda aprelin 11-də Rusiya paytaxtında bir saatdan çox davam edən görüşün “dostluq görüşü” olmadığı bildirilib.
“Mən Buça və digər yerlərdə törədilən ağır hərbi cinayətlərdən bəhs etdim və məsuliyyət daşıyanların ədalət qarşısına çıxarılmalı olduqlarını vurğuladım”, - deyə Nehammer bəyanatında bildirib.
Sübutların artmasına baxmayaraq, Rusiya Ukraynaya qarşı müharibədə mülki vətəndaşları hədəf aldığını inkar edir.
Bu həftə Kiyevin şimal-şərqində Rusiya işğalçılarından geri alınan Buça şəhərinin küçələrində qətlə yetirilən dinc sakinlərin dəhşətli görüntüləri nümayiş etdirilib. Yerli rəsmilər təkcə Buçada Rusiya qüvvələri tərəfindən 300-dən çox insanın öldürüldüyünü və onlardan 50-yə yaxınının edam edildiyini bildirib. Cəsədlərin bəzilərinin əlləri arxadan bağlı olub.
Ukrayna prezidenti Vladimir Zelenski qətlləri “müharibə cinayətləri” və “soyqırım” adlandırıb. Qərb ölkələri qətllərə reaksiya olaraq, ittihamları rədd edən Rusiyaya qarşı sanksiyaları gücləndirib.
Rusiyanın fevralın 24-də başladığı müharibə Qərbi Putinə, onun ailəsinə, ətrafındakılara və bütövlükdə ölkəyə qarşı sarsıdıcı sanksiyalar tətbiq etməyə sövq edib.
Nehammerin bəyanatında deyilir ki, Avstriya kansleri “prezident Putinə açıq şəkildə Ukraynada insanlar ölməyə davam etdikcə sanksiyaların qalacağını və daha da gücləndiriləcəyini deyib”.
Kansler həmçinin “mühasirəyə alınmış şəhərlərə su və ərzaq çatdırılması, qadın, uşaq və yaralıları çıxarmaq üçün” humanitar dəhlizlərə “təcili” ehtiyac barədə xəbərdarlıq edib.
“Mən indi söhbət haqqında avropalı tərəfdaşlarımızı məlumatlandıracağam və gələcək addımları müzakirə edəcəyəm”, o bildirib.