Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
00:56 | 19 aprel 2022 | Çərşənbə axşamı
Məqaləyə 1077 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Moskva meri Sergey Sobyanin aprelin 18-də bildirib ki, xarici şirkətlərin Rusiya bazarından getməsi səbəbilə paytaxtın 200 min sakini işsiz qala bilər. Merin yazdığı bloqda deyilir ki, bu adamlara müvəqqəti işlər veriləcək.
Sobyanin yazır ki, işsiz qalan və ya işdən çıxarılma təhlükəsi olanların dəstəyi üçün tədbirlər proqramı hazırlayıb. Mer bildirir ki, bu məqsədlərə 3 milyard rubl (36 milyon dollar) vəsait ayrılıb.
Proqramda ilk növbədə ölkədən gedən xarici şirkət əməkdaşlarının işlə təmin olunması nəzərdə tutulub.
***
Rusiyanın Ukraynaya səbəbsiz və əsassız hücumuna görə çox sayda xarici şirkət Rusiya bazarını tərk edib və bu proses davam etməkdədir.
Sobyanin işsiz qalan moskvalılara arxivlərin qaydaya salınması, avadanlıq təmiri, parklarda ictimai işlər və buna bənzər “məşğuliyyət” təklif edir.
Paytaxt meri bildirir ki, işsizlərə “Mənim sənədlərim” dövlət xidməti, “Sağlam Moskva” yay pavilyonları, parklar və başqa şəhər təşkilatları kömək edəcək.
Hakimiyyət bildirir ki, 12 min nəfərə yeni ixtisas təlimi, 39 min nəfərə isə müvəqqəti ictimai işlər veriləcək. Amma bu rəqəmlər işsiz qala biləcək 200 minin yanında çox kiçik görünür.
Lakin Rusiya prezidenti Vladimir Putin aprelin 18-də keçirdiyi hökumət müşavirəsində deyib ki, Rusiyaya qarşı sanksiyalar işləmir və bu onları qoyanların özlərinə ziyan vurur.