Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
15:36 | 19 aprel 2022 | Çərşənbə axşamı
Məqaləyə 1102 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Yunanıstan hakimiyyəti Egey dənizində Rusiya tankerini müsadirə etdiyini açıqlayıb. Bu addım Rusiyanın Ukraynaya qarşı səbəbsiz işğalına görə Avropa İttifaqının (Aİ) sanksiyaları çərçivəsində atılıb.
Rusiya bayrağıyla üzən, 19 rusiyalı heyət üzvü olan gəmi aprelin 19-da Evia adasının cənub sahilindəki Kariston şəhəri yaxınlığında saxlanıb.
“Gəmi Aİ sanksiyaları çərçivəsində saxlanıb”, – Yunanıstan rəsmisi deyib.
Sahil Mühafizəsi müsadirə qərarının gəminin yükünə deyil, özünə aid olduğunu bildirir.
Mexaniki problemləri çıxan gəmi yedəklə Peloponezə aparılırdı ki, yükü başqa bir gəmiyə boşaldılsın. Amma hava şəraiti onu Karistosa aparıb çıxarıb.
Yunanıstanın üzv olduğu Aİ Moskvaya qarşı bir sıra sanksiyalar tətbiq edib. Məqsəd Rusiya iqtisadiyyatına zərbə vurmaq, Prezident Vladimir Putini Ukraynaya qarşı müharibəni dayandırmağa məcbur etməkdir.
Sanksiyalara bir sıra malların idxal-ixracına, Rusiya bayrağıyla üzən gəmilərin Aİ limanlarına girişinə qadağalar daxildir.