Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
21:47 | 20 aprel 2022 | Çərşənbə
Məqaləyə 784 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Rusiya aprelin 20-də Sarmat qitələrarası ballistik nüvə raketini sınaqdan çıxarıb. Rusiya prezidenti Vladimir Putin deyib ki, ölkənin nüvə cəbbəxanasına əlavə olunan bu raket Moskvanın düşmənlərinə fikirləşmək üçün mövzu verəcək.
“Reuters” yazır ki, Rusiya dövlət telekanallarında yayımlanan süjetdə ölkənin hərbi rəhbərliyi Putinə raketin Rusiyanın şimal-qərbindəki Plesetsk bazasından atıldığı və Uzaq Şərqdə Kamçatka yaxınlığındakı şərti hədəfi vurduğu barədə məruzə edib.
Putin bir daha xatırladıb ki, bu raketin bütün dünyada analoqu yoxdur:
"Yeni kompleksin ən yüksək taktiki və texniki xarakteristikaları var və o bütün müasir raket hücumundan müdafiə sistemlərinə üstün gəlməyə qabildir. Onun bütün dünyada analoqu yoxdur və qarşıdan gələn uzun müddətdə olmayacaq”.
***
Putin əlavə edib ki, bu unikal silah Rusiya silahlı qüvvələrinin potensialını gücləndirəcək: “Raket Rusiyaya xarici təhlükəsizlik hədələrindən etibarlı müdafiə verəcək və aqressiv ritorikada ölkəmizi hədələyənləri düşünməyə vadar edəcək”.
ABŞ Konqresi Tədqiqat Mərkəzinin məlumatına görə Sarmat yeni ağır qitələrarası ballistik raketdir və Rusiya hər raketə 10 və daha çox nüvə başlığı yerləşdirməyi planlaşdırır.
“Reuters” yazır ki, bu raket uzun illərdir tikilməkdəydi və bu mənada Qərb üçün sürpriz olmayıb, lakin Putinin bəyanatı Rusiyanın Ukraynaya təcavüzü ilə bağlı yaranmış gərgin geosiyasi şəraitə təsadüf edir.
Rəsmi adı RS-28 Sarmat olan bu raket NATO-nun təsnifatında SS-X-29 və ya SS-X-30 adlandırılır, Qərbdə jarqon dilində Satan II kimi tanınır.