Hədəyə hədə ilə cavab
Tramp: “Rusiya sahilləri yaxınlığında bizim dünyada ən güclü atom sualtı qayıq var”
19:33 | 22 aprel 2022 | Cümə
Məqaləyə 718 dəfə baxılıb
Şriftin ölçüsü
Tramp: “Rusiya sahilləri yaxınlığında bizim dünyada ən güclü atom sualtı qayıq var”
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
Medvedev: “Tramp ağlını itirmiş Avropa ilə tam həmrəydir”
Əli Şəmxaninin qızının toy qalmaqalı və Rusiya mediasının səssizliyi
Avropadan Trampa sitəm: “Putinin nazıyla çox oynayırsan ha, ...”
Tramp Putinə əzazil sifətini göstərməyə başladı
... Ukrayna 2000 km aralıdakı zavodu vurdu
ABŞ Rusiyanın neft şirkətlərinə yeni sanksiyalar tətbiq etdi
USQ Rusiyadakı strateji kimya zavodunu “Storm Shadow” ilə hədəf aldı
Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
Budapeşt görüşü sual altında
Avropanın mərkəzində müharibə qorxusu
Ukrayna ordusunda çinlilər də döyüşür
Planlaşdırılan Budapeşt görüşü siyasi parçalanma yaratdı
Sergey Lavrov və Zərif arasında qarşıdurma
Çin isə Trampın əsas tələbləri ilə razılaşmadı, əksinə ...
Apardığı ədalətsiz siyasət və qonşu ölkəyə qarşı haqsız təcavüz səbəbindən bütün dünya tərəfindən təklənmiş Putin hakimiyyətinin, ən son anda kiçik həcmli nüvə silahından istifadə edə biləcəyi, hələdə tərəqqipərvər bəşəriyyəti narahat etməkdədir. Hər an onun, yanındakı mühafizənin əlində gəzdirdiyi çamadandakı qırmızı düyməyə basa biləcəyi müzakirə mövzusudur.
Amma iş orasındadır ki, bu düyməyə basmaqla atom silahı işə düşmür. Çamadanda yalnız, bu silahın işlədilməsi üçün gərək lazım səkkiz rəqəmli açar kodun bir hissəsinin (gərək ki, dördünün) olmasıdır. Prezidentdən başqa bu silahın istifadə olunmasına, müdafiə naziri, Silahlı Qüvvələrin baş qərargah rəisi məsuldur. Onlar isə ABK -dan komanda aldıqdan sonra bu silahı işlədən qurumlara əmr vermək səlahiyyətinə malik olurlar. Qalan kod rəqəmləri, həmin silaha cavabdeh hərbi qurumun rəhbərliyində olur. Bütün kod aidiyyəti, icraçı şəxsə ötürüldükdən sonra, saxlanc yerindəki mərminin boynundakı qıfılı açmaq üçün, həmin səkkiz rəqəmli kod elektron lövhəyə yazılır və mərminin boyuna bağlanmış xamut açılır. Bundan sonra mərmi avtomobilə yüklənərək (təbii ki, kran vasitəsi ilə) atəş açılacaq məkana, silahın (topun) yanına gətirilir. Daha sonra verilən koordinat istiqaməti üzrə atəş açılır.
Mütəxəssislərin bildirdiyinə görə ən kiçik həcmli, 04 kiloton qüvvəsində olan, artilleriya vasitələrindən atılan atom başlıqlı mərminin çəkisi 375 kq-dır. Göründüyü kimi nüvə silahının hətta ən az həcmli mərmisinin istifadəsi, türklər demiş, o qədər də asan deyil, burada neçə mərhələ və bu mərhələlərə cavabdeh şəxslər var, onların sayı ən azı on nəfərdən çoxdur. Bu insanların hansı birininsə belə əməliyyat sonrası nələrin baş verə biləcəyini anlamaması mümkünsüzdür.
Lavrovun məlum son, nüvə silahı hədəsindən sonra, ABŞ Hərbi Qüvvələri baş qərargah rəisləri komandanlığı, rəsmən Rusiyanın bu addımı atacağı təqdirdə bunun nüvə müharibəsinin başlanması kimi qəbul edəcəklərini bəyan etdilər. Həmçinin Böyük Britaniya da, nəinki nüvə, hətta kimyəvi silahın işlədə biləcəyi təqdirdə heç bir beynəlxalq qərar gözləmədən adekvat addımlar atacağını bildirib. Putinin bu ciddi bəyanatlardan sonra riskə gedə biləcəyi inandırıcı deyil, çünki o ağılsız görsənmək istəsə də, axmaq deyil və həyatı çox sevir, ona görə korondan belə ciddi qorunur, qorxudan həmçinin günün əksər vaxtını bunkerdə keçirir.
Bir qədər də Putinin sığınacağı haqqında. Bunkerlər bir deyil, bir neçədir. Moskva ətrafı, Ural və s. Həmin bunkerin ən dərini isə 300 metrdir. Əvvəllər nüvə silahının gücü yalnız 200 metr dərinliyə nüfuz edə bildiyi üçün hələ sovet vaxtında belə dərinlikdə bunkerlər inşa edilib. İndi isə Amerikanın (yəqin ki, həmdə qərbin) ixtiyarında olan nüvə silahının min metrdən artıq dərinliyə zərər vermə qabiliyyəti var, Putinin isə bu dərinlikdə sığınacağı yoxdur. Onun məlum cənnət, cəhənnəm söhbətlərinə isə nəinki özü, heç o geydirmə dini rəhbəri də inanmır. Ona görə hər gün, belə məlumatları araşdırıb saf-çürük etdikcə, Rusiyanın məzlum duruma düşdüyü bu müharibədə, nüvə silahından istifadə edəcəyi məqbul görünmür.