Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
17:40 | 25 aprel 2022 | Bazar ertəsi
Məqaləyə 648 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Rusiyada Prezident Administrasiyası nazirliklərə, dövlət agentliklərinə və dövlət şirkətlərinə Kremlin siyasi gündəmini yaymaqdan ötrü adamlar yerləşdirilməsini tövsiyə edib. Bu haqda “Kommersant” yazıb.
Məlumata görə, “siyasi təlimçilər” adlanacaq bu şəxslər işçiləri Kremlin siyasi baxışları haqda bilgiləndirmək üçün məsuliyyət daşıyacaq, onların əhvalının monitorinqini aparacaq.
***
Bu ideya ötən il parlament seçkisi vaxtı peyda olub, belə ki, prezident administrasiyası dövlət qurumlarına Kremlin mövcud siyasi gündəmimə “sədaqət problemləri” aşkarlayıb, qəzet yazır.
Rusiya Ukraynanı işğal etməyə başlayandan sonra prezident administrasiyası bu ideyanı dirçəldib. Putinin Ukraynaya hücum qərarı Rusiyanı siyasi baxımdan təcrid edib, iqtisadiyyatına zərbə vurub, sıravi vətəndaşlarına problemlər yaradıb.
Aprelin 7-9-da Moskva regionunda qubernator müavinləri üçün yerli siyasətə həsr olunmuş iclasda administrasiya üzvləri sözügedən ideyanı tövsiyə ediblər. Qəzet bunu tədbirdən xəbəri olan şəxslərə istinadla yazır.
***
Fevralın 24-də Ukraynaya hücum edən Putin siyasi və media azadlığına 20 ildir davam edən təzyiqləri intensivləşdirib.
Hökumətin qəbul etdiyi qanunlar müharibə haqda “saxta” informasiya yaymağı kriminallaşdırır. Opponentlərin fikrincə, bu qanun hakimiyyətə müharibəyə tənqidi yanaşan istənilən adamı həbs etmək səlahiyyəti verir.
Rusiya həmçinin çoxsaylı müstəqil media orqanlarını, “Facebook” və “İnstagram” kimi böyük sosial media şəbəkələrini qadağan edib, vətəndaşların müharibə haqda dövlətin təsdiqləmədiyi xəbərləri oxumasını önləyib.
“Siyasi təlimçilər” ideyası həyata keçirilərsə, milyonlarla rusiyalıya təsir göstərə bilər.
Putin 22 illik hakimiyyəti dövründə bürokratiyanı genişləndirməklə yanaşı iqtisadiyyata, özəlliklə enerji sənayesinə dövlət nəzarətini dərinləşdirib.