Tiraspol tiranın əlindən çıxır
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
13:46 | 28 aprel 2022 | Cümə axşamı
Məqaləyə 1097 dəfə baxılıb
Şriftin ölçüsü
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
PUA hücumu nəticəsində Perm şəhərində strateji obyekt zədələnib
Daxili maliyyə təzyiqi artır – əmanətlər, valyuta çatışmazlığı və yeni model riskləri
Rusiyada azərbaycanlı barədə məhkəmə qərarı verildi
ABŞ Şimal Qütbü istiqamətində müşahidə və hazırlıq səviyyəsini yüksəldib
İnternetdən sonra mobil rabitədə də məhdudiyyətlər olacaq
Bomba hərbi qarnizonun poçt qutusuna yerləşdirilib
Rusiyanın Qara dənizdəki limanına bir həftədə ikinci hücum
Blokada davam edərkən yarım milyardlıq yaxta boğazdan keçib
Qara dəniz sahillərində göyün üzünü tüstü örtüb, şəhərlər “neft yağışı”na tutulub
3 arsenal, 3 anbar, 2 logistik mərkəz məhv edildi
Kreml yanacaq istehsalında “dövlət planı” modelinə qayıdır
Solovyovun Melonini təhqir etməsindən sonra Rusiya səfiri XİN-ə çağırıldı
“Telegram” kanalları təkərlərin relsdən çıxdığını yazdı
İki həmyerlisinin qətlində şübhəli bilinən azərbaycanlı Rusiyada həbs olundu
Neft zavoduna zərbələr nəticəsində güclü yanğın baş verdi
Kreml Liviyadan mindən artıq suriyalı və rusiyalı muzdlusunu çıxarıb. “Financial Times” qəzeti bu haqda Qərb və Liviya rəsmilərinə istinadla yazır, Ukraynadakı müharibənin Moskvanın başqa ölkələrdəki qüvvələrinə təsir göstərdiyini qeyd edir.
Son bir neçə həftədə Liviyadan Kremlin dəstəklədiyi Vaqner özəl hərbi şirkətinin 200-dək rusiyalı döyüşçüsü və minədək suriyalı çıxarılıb. Qəzetə bunu iki qərb rəsmisi deyib, daha üç nəfər də ixtisarı təsdiqləyib.
***
Ancaq Moskva Liviyada hazırda 5 minədək muzdlu döyüşçü saxlayır. Liviyanın aparıcı rəsmisi də Rusiyanın bu ölkədən muzdlularını çıxardığını deyib, amma rəqəm açıqlamayıb.
Son illər Rusiya Afrikanın şimalında və qərbində bəzi ölkələrə muzdlular göndərməklə qitədə möhkəmlənməyə çalışır. Mərkəzi Afrika Respublikası (MAR), Mali kimi ölkələrdə Kreml keçmiş müstəmləkəçi Fransaya qarşı genişmiqyaslı hiddətdən yararlanaq öz nüfuzunu gücləndirir. Liviya isə qitədə Rusiya qüvvələrinin habına çevrilib.
Artıq MAR-dan da 200-dək Vaqner döyüşçüsünün çıxarıldığı bildirilir.
Rusiya martın sonunda Ukrayna müharibəsində 1350 əsgərinin öldüyünü təsdiqləsə də, Britaniya bu rəqəmin azı 15 min olduğunu açıqlayıb.
***
İki qərb rəsmisinin sözlərinə görə, Rusiyanın başlanğıcda Liviyadan qüvvə çıxarmaq niyyəti olmayıb, amma Ukraynada böyük irəliləyiş əldə etmədiyindən belə bir qərar verilib. Britaniyanın Müdafiə Nazirliyi də martın sonunda deyirdi ki, “Rusiya Afrika və Suriyadakı əməliyyatlar hesabına Vaqner qüvvələrini Ukraynaya göndərməyə məcbur qalır”.
“Financial Times” yazır ki, Vaqner döyüşçülərindən fərqli olaraq suriyalıların Ukraynaya göndərildiyi bəlli deyil. İndiyədək Kiyev rəsmiləri rusiyalı əsgərlərlə yanaşı suriyalıların da döyüşdüyünü bildiriblər. Qəzetin danışdığı qərb rəsmiləri isə həmin suriyalıların Ukraynaya göndərilməsinə dəlil olmadığını bildirib.
Türkiyə bir ay qabaq hava məkanını Liviya və Suriyadan Rusiya hərbi uçuşları üçün bağlayıb. Bu addım Ukraynaya döyüşçü və avadanlıq daşınması ehtimalına görə atılıb.
Qəzet Kremlin sözçüsü Dmitri Peskovdan məsələyə münasibət ala bilməyib.
***
ABŞ Rusiya Prezidenti Vladimir Putinin müttəfiqi Yevgeni Priqojini Vaqner qrupunu maliyyələşdirməkdə ittiham etsə də, özü bunu təkzib edib.
Rusiya fevralın 24-də Ukraynaya hücuma başlayandan sonra Qərbin ağır sanksiyaları ilə üzləşib.
Moskva Azərbaycanın Dağlıq Qarabağ regionuna da 2 min əsgərlik kontingent yerləşdirib. Bu, 2020-ci ildə Ermənistanla 44 günlük müharibədən sonra əldə olunmuş atəşkəs sazişi çərçivəsində həyata keçirilib. Azərbaycan həmin müharibə nəticəsində Qarabağın bir hisssəsinə və ətraf 7 rayona nəzarətini bərpa edib.
Ukraynanın işğalı başlayandan sonra sosial şəbəkələrdə Qarabağdakı Rusiya hərbçilərinin bir hissəsinin Ukraynaya aparılması haqda iddialar yayılıb. Martın əvvəlində Ukrayna prezidentinin müşaviri Aleksey Arestoviç də mediaya açıqlamasında iddia edib ki, Qarabağa sülhməramlı kimi daxil olan hərbçilərin bəzisi Ukraynada əsir düşüb. Ancaq belə iddialar nə Azərbaycan hökumətindən, nə də Rusiya Müdafiə Nazirliyindən təsdiqlənib.