vaxtlı-vaxtında oxuyun! Şənbə, 10 may 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
AVROPA  
Ukrayna ombudsmanı vəzifədən kənarlaşdırılır 16:41 | 1 iyun 2022 | Çərşənbə Məqaləyə 818 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ukrayna ombudsmanı vəzifədən kənarlaşdırılır

İnsan haqları müvəkkili vaxtının çoxunu Qərbi Avropada keçirir

MÖVZU İLƏ ƏLAQƏLİ

Ukrayna Ali Radası İnsan haqları ombudsmanı Lyudmila Denisovanı vəzifədən kənarlaşdırıb. Deputat Yaroslav Jeleznyakın Telegram-da yazdığına görə, qərarın lehinə 234, əleyhinə 9 nəfər səs verib.

Denisova 2018-ci ilin martından bu postda idi. Daha öncə prezidentin “Xalqın Qulluqçusu” fraksiyasından deputatlar onun istefaya göndərilməsi üçün imza toplayıb.

***

“Hromadske” televiziyasının məlumatına görə, mayın 25-də bir sıra media və ictimai qurum təmsilçiləri Denisovaya açıq müraciət edərək müharibə vaxtı seksual cinayətlərlə bağlı kommunikasiyanı korrekt etməyə çağırıblar. Onların mövqeyincə, ombudsman yalnız yetərincə dəlil olan informasiyanı yaymalı, sensasiyadan, məlumatlarda həddən artıq detallardan qaçmalı, korrekt terminologiyadan istifadə etməli, zərərçəkənlərin konfidensiallığı və təhlükəsizliyinin qayğısına qalmalıdır.

***

“Xalqın Qulluqçusu” fraksiyasından deputat Pavel Frolov deyib ki, ombudsman Rusiya hərbçilərinin ukraynalılara qarşı seksual zorakılığını “təhrif olunmuş formada” çatdırıb, bu məlumatlar sonradan təsdiqini tapmayıb.

Bundan başqa, ombudsmanın döyüş zonalarında humanitar dəhlizlərin təşkilində iştirak etmədiyi, vaxtının çoxunu Qərbi Avropada keçirdiyi bildirilir.

Denisova özü işdən çıxarılmasını qanunsuz hesab edir. Onun fikrincə, fəallığı, özəlliklə işğal olunmuş ərazilərdə informasiya yığması hakimiyyəti qane etmir.

***

Beynəlxalq qurumlar hərbi münaqişə vaxtı Ukraynada, özəlliklə Rusiya hərbçilərinin nəzarətində olan ərazilərdə kütləvi insan haqları pozuntuları haqda məlumat yayıblar.

“Amnesty International” və ATƏT sakinlərə qarşı məhkəməsiz edamlar, qətllər, seksual zorakılıq, işgəncə, digər cinayətlər törədildiyini bildirib.

“Ukraynalılarla müqayisədə Rusiya hərbçilərinin yol verdiyi pozuntular təbiətinə və miqyasına görə ölçüyəgəlməzdir”, – ATƏT-in apreldə yaydığı hesabatda deyilirdi.

Fevralın sonunda Ukraynaya hücuma başlayan Rusiya Qərbin sərt sanksiyaları ilə üzləşib.