Ermənistana Ukrayna misalı
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
18:29 | 1 iyun 2022 | Çərşənbə
Məqaləyə 1084 dəfə baxılıb
Şriftin ölçüsü
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
PUA hücumu nəticəsində Perm şəhərində strateji obyekt zədələnib
Ukrayna prezidenti Vladimir Zelenski bazar ertəsi Avropa Şurasında çıxış etməyə hazırlaşır. Belə ki, o, Ukraynaya daha çox yardım və hərbi təcavüzə son qoyması üçün Rusiyaya daha çox təzyiq göstərilməsinə çalışır.
Avropa Şurasının sədri Çarlz Mişel iki günlük sessiyadan əvvəl yazdığı məktubda Ukraynanın “Rusiyanın təcavüzü və vəhşilikləri qarşısında inanılmaz cəsarət və ləyaqət nümayiş etdirdiyini” bildirib.
Mişel deyib: “Ən aktual problemlərimizdən biri Ukrayna dövlətinə beynəlxalq tərəfdaşlarımızla birlikdə onun ehtiyaclarında kömək etməkdir”.
“Biz Ukraynanın yenidən qurulmasına dəstəyimizi ən yaxşı şəkildə necə təşkil edəcəyimizi müzakirə edəcəyik, çünki ölkənin yenidən qurulması üçün böyük qlobal səy tələb olunacaq”, o bildirib.
Mişel deyib ki, görüşlər münaqişə ilə əlaqəli yüksək enerji qiymətlərinin müzakirəsini və Avropanın Rusiya yanacaqlarından asılılığını mərhələli şəkildə aradan qaldırmaq üçün “enerji keçidimizi sürətləndirmək ehtiyacını”, eləcə də ərzaq təhlükəsizliyi və qiymət məsələlərini həll etmək yollarını müzakirə edəcək.
Rusiya qüvvələrinin Luqansk vilayətində Ukraynanın nəzarətində olan sonuncu şəhəri Severodonetskə ağır hücumu zamanı Zelenski bazar günü axşam saatlarında videomüraciətində şəhərin ələ keçirilməsinin “işğalçılar üçün əsas vəzifə” olduğunu və Ukraynanın bu irəliləyişə mane olmaq üçün hər şeyi edəcəyini deyib.
Zelenski bildirib ki, Rusiyanın hücumları Severodonetskdəki binaların 90 faizinə ziyan vurub, telekommunikasiyanı sıradan çıxarıb və şəhərin yaşayış evlərinin üçdə ikisindən çoxunu dağıdıb.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bazar günü Fransanın “TF1” televiziyasına deyib ki, Rusiyanın “qeyd-şərtsiz prioriteti Donetsk və Luqansk bölgələrinin azad edilməsidir”. Onun sözlərinə görə, Rusiya bu ərazilərə “müstəqil dövlətlər” kimi baxır.
Rusiya ilkin olaraq Ukraynanın paytaxtı Kiyevdə hərəkətə keçən və fevralın sonunda başladığı işğalın ilkin mərhələlərində şiddətli müqavimətlə üzləşən bir çox qüvvələrini yenidən yerləşdirdikdən sonra diqqətini Donbas bölgəsindəki Donetsk və Luqanska yönəldib.
Mayın 29-da Zelenski ölkənin şimal-şərq hissəsində yerləşən Xarkov şəhərinə gözlənilməz səfər edib. Xarkov Ukraynanın ikinci ən böyük şəhəridir və Ukrayna prezidentinin fevralın 24-də başlayan Rusiya işğalı dövründə ziyarət etdiyi ilk şəhər olub.
Zelenski cəbhə mövqelərində olan əsgərlərə baş çəkib, Xarkovun meri İqor Terexov da daxil olmaqla, yerli rəsmilərlə və hərbi komandanlıqla görüş keçirib.
Zelenskiyə şəhərdəki cari əməliyyatlar barədə məlumat verilib. O, qoşunlara dövlət mükafatları təqdim edib.
Ukraynanın regional hərbi inzibatçısı Oleq Sınıequbov bildirib ki, Xarkov vilayətinin 31 faizi hələ də Rusiya qüvvələrinın işğalı altındadır.
Ukrayna bazar günü cənubdakı liman şəhəri Xerson ətrafındakı torpaqları geri almaq üçün yeni əks-hücum əməliyyatına başlayıb.
Moskva qüvvələrinin əlinə keçən ilk böyük şəhər olan Xerson Ukraynanın cənubunda Rusiya qüvvələri üçün meydan olub. Lakin bazar günü Ukrayna hərbçiləri “Twitter”də “Xersonda dayanın, biz gəlirik”, - deyə bildirib.
“Siz bizim hər birimiz üçün və ölkəmiz üçün həyatınızı təhlükəyə atırsınız”- deyə, Ukrayna prezidenti bölgədə döyüşən qüvvələrə təşəkkür edib.
“Reuters” agentliyi bildirib ki, Zelenskinin səfərindən saatlar sonra şəhərdə bir neçə partlayış səsi eşidilib və mərkəzdən şimal-şərq hissədə tüstü dumanı görünüb.
Ukraynanın Fövqəladə Hallar Xidmətinin verdiyi məlumata görə, Rusiyanın artilleriya hücumları şəhərin müxtəlif nöqtələrində yanğınlara səbəb olub.
Rusiya bir neçə həftə öncəyə qədər Xarkovu bomba və artilleriya hücumlarına məruz qoyub və Ukrayna döyüşçülərinin müqaviməti nəticəsində bu mövqelərində çəkilmək məcburiyyətində qalıb.