Hədəyə hədə ilə cavab
Tramp: “Rusiya sahilləri yaxınlığında bizim dünyada ən güclü atom sualtı qayıq var”
15:24 | 3 iyun 2022 | Cümə
Məqaləyə 834 dəfə baxılıb
Şriftin ölçüsü
Tramp: “Rusiya sahilləri yaxınlığında bizim dünyada ən güclü atom sualtı qayıq var”
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
Medvedev: “Tramp ağlını itirmiş Avropa ilə tam həmrəydir”
Əli Şəmxaninin qızının toy qalmaqalı və Rusiya mediasının səssizliyi
Avropadan Trampa sitəm: “Putinin nazıyla çox oynayırsan ha, ...”
Tramp Putinə əzazil sifətini göstərməyə başladı
... Ukrayna 2000 km aralıdakı zavodu vurdu
ABŞ Rusiyanın neft şirkətlərinə yeni sanksiyalar tətbiq etdi
USQ Rusiyadakı strateji kimya zavodunu “Storm Shadow” ilə hədəf aldı
Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
Budapeşt görüşü sual altında
Avropanın mərkəzində müharibə qorxusu
Ukrayna ordusunda çinlilər də döyüşür
Planlaşdırılan Budapeşt görüşü siyasi parçalanma yaratdı
Sergey Lavrov və Zərif arasında qarşıdurma
Çin isə Trampın əsas tələbləri ilə razılaşmadı, əksinə ...
Rusiyada qəribə hadisələr baş verir. Hərbi sahədə uğursuzluğa düçar olan ölkədə əsas zərbəni də hərbçilər alırlar. Generallar ya yoxa çıxır, ya da cəzalandırılırlar. “The New York Times” yazır ki, aprel ayında Ukraynada “xüsusi əməliyyat”a komandanlıq verilən Aleksandr Dvornikov iki həftədir cəbhədə görünmür. Nəşrin mənbələri hesab edir ki, bu, hərbçinin kənarlaşdırılmasından xəbər verir. Xatırladım ki, Rusiya prezidenti general Dvornikovun Suriyada qətliamlar törətməsini yüksək qiymətləndirmiş və Ukrayna savaşında da əsas ümidini ona bağlamışdı. İndi isə onun harada olduğu bilinmir.
Putin Daxili İşlər Nazirliyinin beş generalını və bir polkovnikini də işdən çıxarıb. Bunlar:
– Daxili İşlər Nazirliyinin Vladimir vilayəti üzrə idarəsinin rəisi, polis general-mayor Vasili Kukuşkin;
– Daxili İşlər Nazirliyinin Altay Ərazisi üzrə Baş İdarəsinin rəis müavini, general-mayor Aleksandr Laas;
– Daxili İşlər Nazirliyinin Yaroslavl vilayəti üzrə idarəsinin rəisi, general-mayor Andrey Lipilin;
– Daxili İşlər Nazirliyinin Əməliyyat İdarəsinin rəisi, general-mayor Aleksandr Udovenko;
– Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat və Tibbi Təminat İdarəsinin rəis müavini, general-mayor Yuri İnstrankin;
– Daxili İşlər Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəisinin birinci müavini, polis polkovniki Emil Musindir.
Müharibənin gedişi Rusiya prezidentinin ümidlərini tükəndirsə də, əvəzində ona maraqlı idarəetmə qərarları tapmağa kömək edir. Əvvəllər nazirin, qubernatorun, xidmət rəisinin istefasını Putin ciddi məxfilik şəraitində, mətbuatda yayılan sızıntılar və ehtimallarla bağlı planlarını daim dəyişdirməklə icra edirdi. Ümumiyyətlə, prezident istənilən məmuru, naziri, qubernatoru və ya təhlükəsizlik işçisini istefaya göndərməsi qərarının icrasını xüsusi əməliyyat keçirən tam hüquqlu bir şəxs idi. İndi Putin tərəfindən qərar qəbul etməkdən uzaqlaşdırılan, lakin nominal olaraq öz yerlərində qalan Şoyqu və Gerasimovun uğurlu təcrübəsi prezident üçün yeni perspektivlər açır.
İndi o, faktiki olaraq istənilən yüksək səviyyəli məmuru işdən uzaqlaşdıra, müvəqqəti də olsa, onun yerində formal olaraq saxlaya, eyni zamanda funksiyalarını kölgə varisinə keçirə bilər. Zahirən hər şey güclü, ən əsası isə Putinin çox sevdiyi SABİT bir hakimiyyət sistemi kimi görünür. Putin artıq bəzi planları öz yaxın çevrəsi ilə müzakirə edir. Belə ki, Rusiya Daxili İşlər Nazirliyinin rəhbəri Vladimir Kolokoltsev və FTX-nın direktoru Aleksandr Bortnikovla bağlı qərarlar hazırlanır. Kolokoltsevlə bağlı qərar çoxdan yetişib və indi bir fürsət yaranıb. FTX-nın direktoru Aleksandr Bortnikova gəldikdə, o, çoxdan istefasını xahiş edir və faktiki olaraq bir sıra mühüm məsələlərdə qərarları sabotaj edir. Üstəlik, Bortnikovun dövründə bu, son vaxtlar xüsusilə nəzərə çarpır, xidmətin rəhbərliyində əks-mərkəzləşmə baş verir. Burada təsir dairələri kənarda olan bir neçə qərar qəbuletmə mərkəzləri arasında bölünür. Putin FTX-nın vəziyyətindən son dərəcə narazıdır və rəhbərlik tezliklə Sergey Korolevə veriləcək. Bortnikov isə formal olaraq bir müddət direktor olaraq qala bilər. Hər şey yaxşı olardı, amma tezliklə bu şəkildə hakimiyyət sistemi kukla teatrına çevriləcək. Üstəlik, belə qənaətə gəlmək olar ki, Vladimir Putin yaxınlaşan məğlubiyyəti kimlərinsə üzərinə atmaqla “sudan quru çıxmaq” niyyətindədir. İndi onun qarşısında duran ən mühüm məsələ “günah keçisi” tapmaqdır. Bacaracaqmı?