Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
12:12 | 8 iyun 2022 | Çərşənbə
Məqaləyə 796 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Birləşmiş Ştatlar tələblərə cavab verən rusiyalı jurnalistlərə viza verməyə davam edir və ABŞ-da işləyən heç bir rusiyalı jurnalistin xarici mətbuat nümayəndələri üçün akkreditasiyalarını geri götürməyib.
Bu barədə bazar ertəsi ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays mətbuat konfransı zamanı bildirib. O, Kremlin media azadlığına “tammiqyaslı hücum” etdiyini deyib.
Dövlət Departamentinin sözçüsünün açıqlamaları Rusiyanın Amerika mediasını akkreditasiyadan məhrum etməklə hədələməsi fonunda verilib.
“Reuters” agentliyi məlumatlı mənbələrə istinadən bazar ertəsi bildirib ki, Rusiya ABŞ-ın xəbər agentliklərinə ABŞ-da rusiyalı jurnalistlərə münasibət yaxşılaşdırılmasa, işçilərinin akkreditasiyadan məhrum edilməsi riski ilə bağlı xəbərdarlıq edib.
“Rusiya hakimiyyətinin özlərinin etdiklərinə görə başqalarını günahlandırmaqda davam etdiyini demək kifayətdir. Rusiya hökuməti azad mətbuatın nə demək olduğunu prinsipial olaraq və qəsdən görməzdən gəlir, bunu öz ölkəsində xəbərləri işıqlandıran demək olar ki, bütün müstəqil Rusiya KİV-lərinin bloklanması və ya qadağan edilməsi sübut edir”, – deyə Dövlət Departamentinin sözçüsü Ned Prays jurnalistlərə bildirib.
ABŞ-ın Rusiyadakı səfirliyi qeyd edib ki, “sadəcə öz işlərini görməyə cəhd etdiklərinə görə jurnalistlərə qarşı təhdidlər... Rusiya hökumətinin narrativinin boş və zəifliyindən xəbər verir”.
Rusiya bazar ertəsi ABŞ-ın xəbər təşkilatlarına xəbərdarlıq edib ki, ABŞ-da rusiyalı jurnalistlərə münasibət yaxşılaşmasa, Rusiya rəsmilərinin bildirdiyinə görə, onlar akkreditasiyadan məhrum olunma riski ilə qarşılaşa bilər.
Rusiyanın Ukraynaya təcavüzündən sonra Rusiyanın dövlətə məxsus bəzi media qurumlarının ABŞ-da və bir sıra digər Qərb ölkələrində fəaliyyəti qadağan edilib. Onlar yayım lisenziyalarından məhrum edilib və onlara sanksiya tətbiq edilib.