Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
10:22 | 10 iyun 2022 | Cümə
Məqaləyə 662 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Rusiya iqtisadiyyatı 2022-ci ildə 15 faiz və 2023-cü ildə 3 faiz geriləyəcək. Beləliklə də, Qərb sanksiyalarının zərbəsi, ölkədən xarici şirkətlərin getməsi, “zəka axını” və ixracatın çökməsi son 15 ilin nailiyyətlərini heçə endirəcək.
Bu barədə Beynəlxalq Maliyyə İnstitutunun (İnstitute of İnternational Finance – İİF) Ukraynada müharibə başlanandan sonra açıqlanmış ilk hesabatında deyilir.
İİF baş iqtisadçısının müavini Elina Rıbakova hesab edir ki, Qərb sanksiyaları “son 30 ilin investisiyalarını tamamilə sıradan çıxarıb”.
Onun sözlərinə görə əgər Avropa Rusiyanın enerji daşıyıcılarından tam imtina edərsə, iqtisadiyyat orta perspektivdə daha da geriləyəcək.
Rıbakovanın fikrincə rublun ilkin çöküşdən sonra dəyərini bərpa etməsini Rusiya iqtisadiyyatının gözlənildiyindən daha möhkəm olması kimi qiymətləndirmək olmaz.
***
Rıbakova düşünür ki, Rusiya banklarının kifayət qədər valyuta ehtiyatı var. Buna səbəb idxalın tamamilə çökməsidir. Rusiya şirkətləri və istehlakçıları isə bu valyutanı heç nəyə xərcləyə bilmirlər.
İqtisadçı hesab edir ki, xüsusilə də əgər Avropa İttifaqı neft və qazın idxalını əhəmiyyətli dərəcədə ixtisar edərsə, sanksiyaların təsiri zamanla daha da artacaq, hərçənd buna aylar və bəlkə də illər gedəcək.
İİF-in proqnozuna görə Rusiyada 2022-ci ildə əsas kapital yığımı 25 faiz, idxal 28 faiz, ixrac isə 25 faiz azalacaq.
Hesabatda deyilir ki, fevralın sonunda atılmış əhəmiyyətli addımlara baxmayaraq, Rusiya hələ tənəzzülün pikinə çatmayıb.
Bu da qeyd olunur ki, maliyyə və Rusiya ixrac və idxalının əsas sahələrinə əlavə sanksiyaların qoyulması Rusiya iqtisadiyyatı üçün fəlakətli nəticələrə gətirib çıxara bilər.
Hesabatda bu da qeyd olunur ki, bütün bunlara görə sanksiyaları qoyan ölkələr də əhəmiyyətli zərər görəcəklər.