Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
10:47 | 10 iyun 2022 | Cümə
Məqaləyə 657 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Rusiya prezidenti Vladimir Putin iyunun 9-da gənc sahibkarlarla görüşündə deyib ki, Rusiya imperatoru I Pyotr 1700-1722-ci il Şimal müharibələrində İsveçdən torpaq qoparmayıb. Onun sözlərinə görə I Pyotr rus torpaqlarını “qaytarıb” və “möhkəmləndirib”.
Putin deyib ki, “indi bizim taleyimizə də torpaqları qaytarmaq və möhkəmləndirmək düşüb”.
Putin bəyan edib ki, I Pyotrun qəsb etdiyi torpaqlarda əsrlər boyu fin-uqor xalqları ilə yanaşı slavyanlar da yaşayıblar.
O əlavə edib ki, bu torpaqlar həmişə Rus dövlətinin nəzarətində olub.
Putin misal olaraq əsası 1703-cü ildə I Pyotr tərəfindən qoyulmuş Sankt Peterburq şəhərindən danışıb.
O deyib ki, əvvəlcə Avropanın ölkələri bu əraziləri Rusiya ərazisi kimi tanımırdılar.
***
Bundan bir gün əvvəl iyunun 8-də Ukraynada Rusiya qoşunları tərəfindən işğal olunmuş Xerson və Zaporojye vilayətlərinə Moskva tərəfindən təyin edilmiş başçılar bu ərazilərin Rusiyaya birləşdirilməsi üçün referenduma hazırlaşdıqlarını bildiriblər.
Bu bəyanatlar Putin administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenkonun işğal olunmuş bölgəyə səfərindən sonra verilib.
Rusiya Ukraynaya əsassız və səbəbsiz müdaxilə edəndən sonra hazırda Xerson şəhəri də daxil Xerson vilayətinin böyük bir hissəsi Rusiya işğalı altındadır.
Zaporojye vilayətinin də əhəmiyyətli hissəsi işğal altında olsa da, Zaporojye şəhərinin özünə Ukrayna silahlı qüvvələri nəzarət edir.
Kreml Ukraynada müharibənin əvvəllərində “xüsusi əməliyyatdan” məqsədin torpaqların Rusiyaya birləşdirilməsi olmadığını bildirirdi.
***
Bugünlər Rusiyada I Pyotrun 350 illiyi qeyd olunur.
O Rusiya tarixşünaslığında qəddar metodları ilə dövləti möhkəmləndirmiş və Qərbdən alınmış islahatları həyata keçirmiş imperator kimi təqdim olunur.
I Pyotrun nailiyyətlərindən biri də İsveçin nəzarətində olan bəzi Baltikyanı ərazilərin 1721-ci il Niştadt sülhü sazişinə uyğun olaraq Rusiyaya birləşdirilməsidir.
Amma həqiqət bundan ibarətdir ki, müasir Estoniyanın və qismən də Latviyanın əraziləri heç vaxt heç bir Rusiya knyazlığının ərazisinə daxil olmayıb.
Putin torpaqların qaytarılmasından danışarkən hansı əraziləri nəzərdə tutduğunu deməyib.