Qərbin ehtiyacı olan lider
Qorxaq, ikiüzlü, prinsipsiz demokratik “çoxluq seçimi” olanlar sivilizasiyanı batırır
20:11 | 10 iyun 2022 | Cümə
Məqaləyə 778 dəfə baxılıb
Şriftin ölçüsü
Qorxaq, ikiüzlü, prinsipsiz demokratik “çoxluq seçimi” olanlar sivilizasiyanı batırır
Rusiya PUA hücumu ilə Polşa ilə Ukrayna arasında gərginlikdə saxlamaq istəyir
Parisin “canavar” bənzətməsinə Kremldən ağır cavab
Böyük Britaniyadan Rusiyaya sərt reaksiya
Fransadan Rusiyaya qınama
Gənclərin neft obyektindəki yanğın fonunda çəkilişi Rusiya hökumətini əsəbləşdirib
Rusiyanın hava strategiyasında ucuz terror doktrinası
Çarlz Mişelin Türkiyə ilə bağlı açıqlaması dünyanın gündəminə damğa vurdu
Putin andiçmə mərasiminə və Qələbə gününə hədiyyə kimi Çasov-Yar təpələrini istəyir
Ukraynadan qayıdan əsgərlər tərəfindən törədilən qətllərin sayı 9 dəfə artıb
Rəsmi Budapeşt 5,8 milyard qrant qarşılığında Ukraynaya nəzərdə tutulan yardıma hə dedi
Günlərlə yeməksiz, susuz kazarmalarda saxlanılıb ...
Rəsmi Sofiyanın Şengen zonasına daxil olmaqdan imtina edilməsinə reaksiyası sərt oldu
Aİ Xorvatiyanın Şengen zonasına daxil olmasını təsdiqləyib
Xorvatiyanın üzvlüyə prəblem olmadığı halda, 1 ölkə Rumıniyanın, 2-si isə Bolqarıstanın əleyhinədir
Rusiya Mərkəzi Bankı hesabat açıqladı
Gələn həftənin sonuna Avropa Komissiyasının Ukraynaya Aİ-yə namizəd ölkə statusu verməyi rəsmən tövsiyə edəcəyi gözlənir. Bu haqda “Bloomberg” anonim mənbələrə istinadla xəbər verir. Mənbələrə görə, bu tövsiyə ilə yanaşı Ukraynaya korrupsiya ilə mübarizə və hüququn aliliyinin təminatı sahəsində şərt və tələblər irəli sürüləcək.
Agentlik qeyd edir ki, Avropa Komissiyasının tövsiyəsi vacib mərhələdir, amma statusla bağlı qərarı Aİ (Avropa İttifaqı) ölkələrinin liderləri qəbul edəcək.
***
Aİ ölkələrinin əksəriyyəti, o cümlədən Baltik ölkələri, Polşa, İtaliya Ukraynanı mənəvi baxımdan dəstəkləyir, ona statusun verilməsinin tərəfdarıdır. “Bloomberg” yazır ki, Almaniya şərti status verilməsini, müəyyən tələblərin yerinə yetirməklə bağlı vəd alınmasını istəyir. Niderland və Danimarka isə Ukraynaya bu status üçün hazır olmadığını düşünür.
Agentliyin məlumatına görə, Danimarka diplomatik notasında qeyd edir ki, Ukrayna namizəd statusunun “kriteriyalarına yetərincə cavab vermir”. Kopenhagenin mövqeyincə, Kiyevdə demokratiya təminatı verən institutların sabitliyi, hüququn aliliyi, insan haqları, azlıqlara hörmət və onların müdafiəsi sahəsində problemləri var. Sənədə görə, Ukrayna hakimiyyəti bu sahələrdə inkişafa nail olmaqdan ötrü “qanunverici və institusional bazanı təkmilləşdirməlidir”.
Ukraynaya namizəd statusunun verilməsi iyunun 23-24-də Aİ sammitində müzakirə ediləcək.
Daha öncə Avropa Parlamentinin deputatları “Rusiyanın Ukraynaya aqressiv müharibəsindən sonra” xarici siyasət və Aİ-nin təhlükəsizliyi və müdafiəsi sahəsində siyasətlə bağlı qətnamə qəbul ediblər. Sənəd Avropa Komissiyasını və Aİ Şurasını Ukraynaya Aİ-yə daxil olmaq üçün namizəd statusunu verməyə çağırır.
***
Qətnamədə “Moldova və Gürcüstanın Avropa meylləri” də qeyd olunur. Ukraynanın ardınca bu ölkələr Aİ-yə üzv olmaq üçün ərizə veriblər. Ancaq sənəddə onlara namizəd statusunun verilməsi üzrə tövsiyələr yoxdur.
Ukrayna Rusiyanın təcavüzündən dərhal sonra Aİ-yə üzv olmaq üçün müraciət edib. Mayın 9-da isə Aİ-yə anket-sorğunun ikinci hissəsi təqdim edilib. Namizəd statusunun alınması üçün bu anket doldurulmalıdır.
Fransa Prezidenti Emmanuel Makron və Almaniyanın Kansleri Olaf Şolts hesab edirlər ki, Ukraynanın Aİ-yə daxil olması illərlə çəkə bilər. İtaliyanın Baş naziri Mario Draqi isə bəyan edib ki, Aİ-nin böyük üzvləri Ukraynaya namizəd statusunun verilməsini dəstəkləmir. Almaniyanın Xarici işlər naziri Annalena Berbok Ukraynaya Aİ-yə namizəd statusunun “güzəştsiz” verilməsini tərəfdar olduğunu bildirib.