Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
15:31 | 17 iyun 2022 | Cümə
Məqaləyə 817 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
“Rusiya mümkün qədər tez siyasi və diplomatik razılaşmaların əldə olunmasında maraqlıdır ki, bu da hərbi əməliyyatları dayandırmağa imkan verəcək. Bununla belə, Moskva və Kiyev arasında danışıqlar Ukrayna tərəfindən hələlik dondurulub”. Bu fikirləri dünən Rusiya Federasiyasının Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib.
Maraqlıdır ki, Patruşevin bəyanatı Fransa prezidenti Makron, Almaniya kansleri Şolts və İtaliyanın baş naziri Draqinin Ukraynaya səfəri ərəfəsində səslənib. Bir sıra müşahidəçilər bu üçlüyün prezident Zelenskiyə təzyiq göstərməyə çalışacaqlarını qeyd edirdilər. Amma bunun əksi olaraq Avropalı liderlər Ukraynanı dəstəklədiklərini bəyan etdilər. Kansler Şoltsun: “Biz təkcə həmrəylik göstərmək istəmirik, həm də təmin etmək istəyirik ki, təşkil etdiyimiz yardım - maliyyə, humanitar, həmçinin silahlar - davam etdiriləcək. Və Ukraynanın müstəqillik mübarizəsi üçün nə qədər lazımdırsa, biz bunu davam etdirəcəyik” sözlərini xatırlatmaq kifayətdir.
İnformasiya ilə dezinformasiyanın ayrılmaz cütlüklər kimi qoşa yürüdüyü bu zəmanədə nəyin doğru, nəyin yalan olduğunu müəyyənləşdirmək çox çətindir. Bugünkü informasiyalar arasında Şolts, Makron və Draqinin Zelenskidən “qapalı qapılar arxasında” Rusiya ilə danışıqları bərpa etməyi xahiş etdikləri barədə də məlumat dolaşmaqdadır. Hər halda, “Die Welt” nəşri belə bir iddia ilə çıxış edib. Bəs, Patruşevin bəyanatı ilə “Die Welt” nəşrinin iddiası arasında əlaqə ola bilərmi? Nəsə demək çətindir, amma yenə də...
Hələ çərşənbə axşamı, iyunun 14-də Rusiya prezidenti Vladimir Putin yaxın çevrədən olan bir neçə şəxslə danışarkən olduqca qəribə bəyanatla çıxış edib. Xüsusi hərbi əməliyyatın perspektivlərinin müzakirəsi prosesində prezident sözün əsl mənasında yanındakıları şoka salıb: “Yaxın gələcəkdə nüvə müharibəsi qaçılmazdır və biz həlledici zərbəni ilk vurmağa hazır olmalıyıq”. Bu sözlər orada olanları çox təəccübləndirib, üstəlik, son vaxtlara qədər prezidentin ətrafında demək olar ki, hamı Putinin təkcə nüvə münaqişəsi deyil, həm də nüvə şantajı ehtimalını gündəmdən çıxardığına inanırdı.
Oğlu Dmitrini prezidentliyə gətirmək arzusunda olan Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev informasiya məkanında Ukrayna ilə sülh danışıqlarına hazır olması tezisini irəli sürməklə nəsə etməyə tələsən kimi görünür. Patruşev üçün Rusiya Federasiyası Təhlükəsizlik Şurasındakı ekspertlərin prezident üçün hesabatı da bu baxımdan əhəmiyyətlidir. Nikolay Patruşev, oğlu Dmitrinin Putinin varisi olacaması layihəsini uğurla həyata keçirəcəyi təqdirdə müharibədə faktiki itki vəziyyətində olan ölkəni almasını istəməzdi. Patruşev Putindən fərqli olaraq, müharibəni “biabırçı” vəziyyətə salan Baş Qərargah və Müdafiə Nazirliyi nümayəndələrinin “axmaqlarının” vədlərinə deyil, həqiqətən də nadir hallarda səhv buraxan idarəsinin ekspertlərinə daha çox güvənir.
Patruşev prezidentin iştirakı ilə keçirilən son müşavirədə tam səfərbərlik və hərbi vəziyyətin lehinə çıxış edib. Qarşıya qoyulan vəzifələr tez həll edilməli və ya planların bir hissəsindən imtina edilməlidir, əsas odur ki, Ukraynada müharibə bu ilin oktyabr-noyabr aylarına qədər başa çatmalı, keçidlə bağlı siyasi proseslər başlamalıdır, bu, Təhlükəsizlik Şurası katibinin mövqeyidir. Maraqlıdır ki, prezidentin ən yaxın dostu Yuri Kovalçuk və Putinə yaxın olan Seçin və Çemezov da Patruşevlə tam şərikdirlər. Ümumi baxış belədir ki, prezidentə yaxın elitada gərginlik istər-istəməz artacaq və payızın sonu və ya qışın əvvəlində kulminasiya nöqtəsinə çatacaq. Bu, hadisələrin istənilən inkişafında, praktiki olaraq qaçılmazdır. Təbii ki, bir istisna var - prezidentin “qəfil” ölümü.
Əldə olan məlumatlardan belə görünür olur ki, hazırda Patruşev “Baharın on yeddi anı” filmində təsvir edildiyi kimi ABŞ-la dialoq qurmağa çalışan Himlerin vəziyyətindədir. İndi həm hər şeyi itirmək də mümkündür, həm də hakimiyyəti şəriksiz əldə etmək də. Putinin “intiharını” təşkil etmək necə, mümkündürmü?