
“Rusiyadan neft almayın”
Trampdan Avropaya çağırış
Trampdan Avropaya çağırış
Rusiya PUA-sı Rumıniyanın hava məkanını pozub
Polşa əsgərlərinə Ukraynada PUA təlimi
Rusiya 90 min avronun qarşılığında NATO-dan 1.2 milyon qopardı
Fransa Polşaya “Rafale” qırıcıları göndərir
Sosial mediada yayılan istefa iddiaları Kremldən idarə olunurmuş
Lutnik: “Yeni Dehli ilə ticarət anlaşması Rusiyadan neft ticarətinə bağlıdır”
Polşada həyəcan, uçuşlar dayandırıldı
Rusiya PUA hücumu ilə Polşa ilə Ukrayna arasında gərginlikdə saxlamaq istəyir
Polşa sərhədində PUA həyəcanına NATO tədbir görməlidirmi?
ABŞ və AB enerji sanksiyaları ilə Rusiyanı hədəf aldı
Dövlətlər sarsıntıdan hələ də özlərinə gəlməyib
Von der Leyen Rusiyaya yeni sanksiyalar və Ukrayna üçün kredit planını açıqladı
Əgər Qərb addımlarını sərtləşdirməsə, ...
“Putinə təzyiq etmək üçün Hindistan və Çinə 100% gömrük vergisi tətbiq edin”
AB şərq qanadının təhlükəsizliyini gücləndirməyi planlaşdırır
Rusiya Jitomir şəhərinin kənarına 24 raket atıb. “Bu səhər hamımız güclü partlayışlardan oyandıq. Belarus ərazisindən raketlər atılıb. Ümumilikdə Jitomir ətrafındakı hərbi hissə və obyektlərə 24 raket atılıb. İnsan tələfatı ilə bağlı əlavə şərh verə bilmərəm”, – Jitomir meri Sergey Suxomlin bildirib.
Ordu Vilayət Administrasiyasının (OVA) rəhbəri Vitali Buneçko isə bir qədər sonra Jitomir vilayətinin atəşə tutulması nəticəsində bir əsgərin həlak olduğun, bir əsgər isə yaralandığını deyib.
Lvov OVA-nın rəhbəri Maksim Kozitski bildirib ki, Lvov vilayətindəki hərbi obyektə raket atılıb. “Bu gün səhər saat dörddə Yavoriv vilayətindəki hərbi obyektə raket hücumu həyata keçirilib”.
Onun sözlərinə görə, Ukraynanın hava hücumundan müdafiəsi iki raketi vurmağa nail olub. Kozitski qeyd edib ki, raketlər Qara dənizdən atılıb. Onun sözlərinə görə, raket hücumu nəticəsində 4 nəfər yaralanıb. Onlar xəstəxanaya yerləşdirilib, atəş nəticəsində yaranan yanğın lokallaşdırılıb.
Dnepropetrovsk vilayət polis idarəsinin rəisi Valentin Rezniçenko isə Rusiyanın bölgəni atəşə tutması nəticəsində 60 yaşlı qadının yaralandığını bildirib.
“...Və yenə də Krivoy Roq rayonu atəşə tutulub. Şirokovskaya və Zelenodolsk icmaları artilleriya zərbələrinə məruz qalıb”, – Rezniçenko teleqram kanalında yazıb.