
Rusiya ilə sərhəddə təşviş
“Hər şeyə şübhə ilə yanaşmalıyıq”
“Hər şeyə şübhə ilə yanaşmalıyıq”
AB ilə danışıqlar, enerji riski və yeni geosiyasi balanslar
Avropanın kəşfiyyat xəbərdarlığı nə deyir?
Tramp: “Rusiyaya dair mühüm açıqlama verəcəyəm”
Trampın “BRICS” qorxusu gərginlik yaratdı
Hərbi komissarlıqdan yayınanların bütün hüquqları alınacaq
Putin-Tramp xəttində külək tərsinə döndü, rus mediasında qarşı ritorika sərtləşdi
Hansı ölkənin əhalisi ABŞ, Çin və Rusiyanı müttəfiq və təhlükə hesab edir
Kalininqrad üzərindəki casus təyyarə Böyük Britaniyaya geri döndü
“Avropa öz təhlükəsizliyinə daha çox məsuliyyət daşımalıdır”
Baba Primakovun tələbəsi Putinin əlaltısı nəvə Primakov
Cənubi Qafqaz ölkələrindən Putinə “şillə”lər davam edir...
SİZO-da dövlət təhlükəsizliyinə qarşı cinayətlərdə ittiham olunanlar saxlanılacaq
Avropanın ən böyük limanında müharibə imitasiyası
5 günlük müharibədən sonra “Rafale” təyyarələrinə qarşı təbliğat genişlənib
Ukrayna hərbi kəşfiyyatı Rusiyanın Ermənistandakı hərbi varlığını artırdığını iddia edir
“France 2” telekanalında nümayiş etdirilən “Prezident, Avropa və müharibə” sənədli filmi Emmanuel Makronla Vladimir Putin arasında olan doqquz dəqiqəlik telefon danışığına əsaslanır. Film, Yelisey sarayındakı son altı ayın pərdəarxası diplomatik fəaliyyətdən – Makronun müharibənin qarşısını almaq cəhdlərindən və onun başlanmasına reaksiyasından bəhs edir.
Məlumatda bildirilir ki, filmdə yer alan fraqmentlər fevralın 20-də səhər saatlarında Donbassda vəziyyətin kəskin gərginləşməsi və rus qoşunlarının Ukrayna ilə sərhədə cəmləşməsi fonunda baş verib.
“İstəyərdim ki, əvvəlcə mənə vəziyyətlə bağlı anlayışınızı bildirəsiniz və bəlkə də birbaşa olaraq, təkbətək danışanda niyyətlərinizin nə olduğunu söyləyəsiniz”, – Makron söhbətə bu sözlərlə başlayır.
“Nə deyə bilərəm? Nə baş verdiyini özünüz görə bilərsiniz”, - deyə Putin cavab verib və bundan sonra Ukrayna prezidenti Vladimir Zelenskini yalan danışmaqda, Makronun özünü isə Donbas nizamlanması üzrə Minsk razılaşmalarına yenidən baxmaq istəməkdə ittiham edib.
Qeyd olunur ki, Makron bu şərhlə razılaşmır və bu, qızğın fikir mübadiləsinə səbəb olur.
Filmdə qeyd olunur ki, Putinin separatçıların təkliflərinin “eşidilməməsi” ilə bağlı giley-güzarına Makron, separatçıların Minsk qrupunun üzvü olmamaları ilə əsaslandıraraq – ”biz separatçıların təkliflərinə əhəmiyyət vermirik!” deyib
“Fransa-2” televiziyasının filminə görə, sonda Putin Makronun ABŞ prezidenti Co Baydenlə görüşmək təklifi ilə razılaşıb, lakin israr edib ki, sammitin tarixi hələ təyin olunmamalıdır, çünki buna hazırlıq lazımdır.
Söhbət Putinin sözləri ilə bitir: “Sizdən gizlətmək istəmirəm ki, mən sadəcə xokkey oynamaq istəyirdim. Budur, mən sizinlə idman zalından danışıram”.
Kremlin fevralın 20-də telefon danışığı ilə bağlı yaydığı xəbərdə Baydenlə mümkün görüşdən bəhs edilməyib. Ertəsi gün Rusiya Təhlükəsizlik Şurasının Donbasın separatçı respublikalarının tanınması məsələsinin müzakirə olunduğu iclasda Putin Fransa tərəfinin müəyyən təklifini qeyd etsə də, bunun konkret olmadığını qeyd edib.
Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin Qərbə danışıqlar üçün “son şans” verməyi təklif etsə də, Putinin “Siz danışıqlar prosesinə başlamağı təklif edirsiniz?” sualına tərəddüd edib. O, əvvəlcə “DNR” və “LNR”nin Rusiyaya birləşdirilməsindən, Putinin növbəti sualından sonra isə müstəqilliklərindən danışıb.
Rusiya Ukraynaya qarşı müharibəyə başlayandan sonra da Makron Putinə bir neçə dəfə zəng edib. O, bunun ona zövq vermədiyini, sülh tapmaq üçün təmasların zəruri olduğunu vurğulayıb.
Kreml hələ ki, fransız sənədli filmi ilə bağlı şərh verməyib.