Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
20:56 | 30 iyun 2022 | Cümə axşamı
Məqaləyə 880 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə Türkmənistan paytaxtında keçirilən Xəzər sammitində iclas masaları uzunluğuna görə Putinin Kremldə Fransa prezidenti Emmanuel Makron və başqa Avropa liderləri ilə danışıqlar apardığı masanı kölgədə qoyub. Bunu “The Business İnsider” saytı iyunun 30-da yazıb.
Portal yazır ki, bəzi məlumatlara görə Rusiya lideri ona virus və ya mikrob yoluxdurula biləcəyindən ehtiyat edir.
Məqalədə deyilir ki, Vladimir Putinin Xəzər sahili ölkələrinin liderləri ilə iyunun 29-da görüşdüyü masa uzunluğuna görə onun Kremldə “komik şəkildə uzun” masasını kölgədə qoyub.
Bu da qeyd olunur ki, Putinin liderlər və bəzən hətta öz rəsmiləri ilə görüşdüyü masaların ifrat uzunluğu qlobal medianın diqqətini bundan əvvəl də çəkib.
“The Business İnsider” yazır ki, Putin bu iclasda nəhəng dördkünc masanın arxasında Türkmənistan, İran, Qazaxıstan və Azərbaycan liderlərindən xeyli aralıda oturmuşdu.
***
Türkmənistan hökumətinin verdiyi məlumata görə Xəzər sammiti Aşqabadın dəbdəbəli Arxadağ otelində keçirilib.
Bununla belə Türkmənistan Xarici İşlər Nazirliyinin məlumatında deyilir ki, böyük konfrans zalına gəlməzdən əvvəl liderlər daha kiçik zalda da görüşüblər.
Məqalədə qeyd olunur ki, sözü gedən sammit bitəndən dərhal sonra nəhəng dördkünc masanın şəkilləri sosial şəbəkələrdə geniş dövriyyə edilib.
Ukrayna daxili işlərə nazirinin müşaviri Anton Geraşşenko “Twitter”də yazıb ki, eyni gündə Almaniyada keçirilən G7 sammitində liderlər müqayisəyəgəlməz dərəcədə daha darısqal zalda görüşmüşdülər.
Başqa jurnalistlər də Xəzər sammitindəki masanı lağa qoyan postlar yazıblar.
Maks Seddon yazır ki, bu masanın ortasına rahatca şəkildə hokkey meydançası yerləşə bilərdi.
“The Business İnsider” yazır ki, Putinin uzun masalarda oturması bundan əvvəl də müşahidə edilib, amma Türkmənistandakı masaya çatanı olmamışdı.
Putin Kremldə Fransa prezidenti, Almaniya kansleri və BMT-nin baş katibi ilə danışıqları 4 metrlik masanın araxasında aparmışdı.
Rusiya dövlət televiziyaları Putinin başqa liderlərlə dəyirmi masa arxasında da görüşləri barədə reportajlar verib.
Amma həmin masaların da formasının dəyirmiliyinə baxmayaraq radiusu böyük idi.
“The New York Times” bundan əvvəl yazmışdı ki, ola bilsin Putin, xüsusilə də pandemiya dövründə kimdənsə virusa yoluxmaqdan qorxur.