Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
12:22 | 21 iyul 2022 | Cümə axşamı
Məqaləyə 895 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Rusiya Ədliyyə Nazirliyi Rusiyada yəhudilərin repatriasiyası ilə məşğul olan İsrail agentliyi – “Soxnut”un bağlanmasını tələb edib. Bu məsələyə Moskva məhkəməsinin iyulun 28-də baxacağı bildirilir.
Ədliyyə Nazirliyinin bu tələbinin nə ilə bağlı olduğu bilinmir.
Qeyd olunur ki, ölkədə 1980-ci illərin sonlarından fəaliyyət göstərən qurum Rusiyanın qanunlarını pozur.
Hələ iyulun 5-də Rusiya hakimiyyət orqanları təşkilata fəaliyyətini dayandırmaq tələbi ilə məktub göndərmişdi.
***
Belə bir məktubun alınmasını agentliyin rəsmiləri və İsrailin Repatriasiya və İnteqrasiya Nazirliyi də təsdiq edib.
İsrailin “Walla” internet portalı yazır ki, İsrailin Moskvadakı səfiri Aleks Ben-Tsvi ötən həftə Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanovla görüşərək Rusiya hökumətinin “Soxnut” təşkilatına hansı iradlarının olması barədə izahat istəyib.
“Soxnut” bütün dünya boyunca yəhudilərin İsrailə köçüb məskunlaşmasına kömək edir.
İsrailin “The Jerusalem Post” qəzeti yazır ki, agentliyin Rusiyada fəaliyyətini dayandırması bu ölkədən mühacirət etmək istəyən yəhudilər üçün çətinliklər yaradacaq.
Onlardan bir çoxu narahatdır ki, “Soxnut” bağlandıqdan sonra onların Rusiyadan çıxmalarına qadağan qoyulacaq.
***
2005-ci ildə Rusiya Kommunist Partiyasının Dövlət Dumasındakı fraksiyası ölkədəki bütün yəhudi təşkilatlarının yoxlanması və onların qanunları pozduqları təqdirdə bağlanmaları üçün Baş Prokurorluğua müraciət etmişdi.
Həmin müraciətdə deyilirdi ki, “bu gün bütün demokratik dünya yəhudiliyin pul və siyasi təsiri altındadır”.
Sonradan müraciətin altındakı bir çox imzaların sahibləri belə bir məktuba qol çəkmədiklərini bildirmişdilər.
Həmin vaxt Moskvanın baş ravvini Pinxas Qoldşmidtə Rusiyaya daxil olmaq qadağan edilmişdi.
Lakin hakimiyyət yəhudi təşkilatlarını qadağan etməmişdi.
2022-ci ildə Qoldşmidt Rusiyanı tərk edib. Nəvəsinin sözlərinə görə o Rusiyanın Ukraynaya müdaxiləsini dəstəkləmək istəməyib.