Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
16:21 | 25 iyul 2022 | Bazar ertəsi
Məqaləyə 2433 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Ukraynada müharibə uzandıqca Rusiya elitasında narazılıqlar artır. Bir yandan cəbhədəki uğursuzluq, ölkədə gündən-günə ağırlaşmaqda olan sosial vəziyyət, digər tərəfdən də prezident Vladimir Putinin səhhəti ilə bağlı söz-söhbətlər elita nümayəndələrində məyusluq yaratmaqdadır. İran səfəri zamanı Vladimir Putinin dörd dəfə fasilə götürərək həkimlərlə qaldığı barədə söhbətlər də vəziyyətin ciddiliyindən xəbər verir. Cümə günü, iyulun 22-də Rusiya prezidenti Vladimir Putin Rusiya Federasiyası Təhlükəsizlik Şurasının daimi üzvləri ilə videokonfrans vasitəsilə operativ görüş keçirib. Əsas hissədən sonra Putin ənənəvi olaraq görüşün qapalı hissəsini dar dairədə davam etdirib. Putin bu görüşün nəticələrinə görə heç bir taleyüklü qərarı açıqlamayıb və prezidentin ətrafının narazılığının əsas səbəbi məhz budur.
Siyasi, biznes, güc qurumları və hərbi elita, xüsusilə də prezidentin yaxın ətrafı son vaxtlar Putinin qərarsızlığından narazılıqlarını nümayiş etdirərək, qərarların vaxtında verilmədiyini qeyd ediblər. Məsələn, Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bir neçə nəfərin iştirakı etdiyi toplantıda deyib ki, prezidentin mütəmadi olaraq keçirdiyi “boş” görüşlərdə iştirak etməkdə heç bir məna görmür. Baş Qərargahın və Rusiya Federasiyası Müdafiə Nazirliyinin nümayəndələri də son vaxtlar prezidentin gecikmiş qərarlarını, hətta cəbhədəki vəziyyəti dəyişməyə və “yaxşılaşdırmağa” qadir olan mühüm qərarların təsdiqlənməməsini də müzakirə edirlər. Bu mənada onlar getdikcə bu ilin əvvəlində Qazaxıstandakı böhran vəziyyətini xatırlayırlar. O zaman Putin istər Qazaxıstanın şimal hissələrinin, istərsə də bütün ölkənin ilhaqına hazırlaşmaq üçün “aydın” göstəriş vermiş və nəticədə hazırlanan qərarlardan heç biri icra edilməmişdi. Bu isə prezidentin qətiyyətsizliyi kimi güc strukturlarının rəhbərliyində narazı giley-güzar yaratmışdı.
İndi Putinin qərarlarının olmamasına görə güc strukturlarında və hərbi elitada qəzəb o qədər aydın olunur ki, getdikcə daha tez-tez tənqidi rəylər prezidentin mənfi reaksiyasına səbəb ola biləcəyini nəzərə almadan yüksək səslə ifadə olunur. Müharibədə uduzmaq və rejimin sonradan dağılması ehtimalı artıq Rusiya Federasiyası Prezidentinin Administrasiyasında ciddi müzakirə olunur və Prezident Administrasiyasında vəziyyətin ümidsizliyini başa düşmə əmsalı güc strukturları və ordu ilə müqayisədə daha yüksəkdir. Putin həqiqətən, çox vacib, amma həlledici şəxs deyil, o, səkkiz il ərzində böyük müharibəyə qərar verib, ona görə də prezidentin verəcəyi bütün qərarlar əvvəlki qırarlar kimi olmayacaq.
Bu arada ABŞ-dan da Kremldəki proseslərə dair rəylər gəlməkdədir. MKİ-nin direktorunun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin iyulun 22-dən iyulun 23-nə keçən gecə təcili tibbi yardıma ehtiyac duyub. Gecə saat bir radələrində iqamətgahda növbətçi olan tibb işçiləri prezidentin yanına çağırılıb. Putin şiddətli ürəkbulanmadan şikayətlənib. İyirmi dəqiqədən sonra prezidenti müalicə edən həkimlərindən əlavə həkim briqadası da çağırılıb. Məlumdur ki, həkimlər yardım göstərərək üç saat Putinin yanında olublar və prezidentin vəziyyəti yaxşılaşdıqdan sonra onun otağını tərk ediblər.
Rusiya prezidenti Vladimir Putinin səhhətinin vəziyyəti ilə əlaqədar bu həftə qərar qəbul edilib, lazım gələrsə, prezidentin şəxsi iştirakı nəzərdə tutulan bir sıra tədbirlərdə o, oxşarı ilə əvəzlənəcək. Video format görüşlərdə isə Deepfake texnologiyası tətbiq olunacaq. Deməli, “çox sağlam” kimi təqdim edilən Putinin yaxın gələcəkdə “həddən artıq canlı” olduğu ortaya çıxa bilər.