Daha ucuz, dəqiq, itkisiz
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
12:43 | 28 iyul 2022 | Cümə axşamı
Məqaləyə 3725 dəfə baxılıb
Şriftin ölçüsü
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Marqarita Mamun: “Sürükləndiyim daxili klaustrofobiyadan, azadlıqsızlıqdan boğuluram”
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Qitələrarası ballistik raketi ilin sonunadək arsenala qəbul ediləcək
“Ursa Major”un kimin batırdığı məlum deyil
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
Yaşayış binasında baş verən güclü yanğın zamanı 300 nəfər təxliyə edilib
Kremlin qarşısındakı hərbi keçidi “qəssab general” Andrey Mordviçev idarə edib
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Avropa ölkələri ABŞ ilə sövdələşməyə hazırlaşır
21 il əvvəl bütün dünya liderlərinin yığışdığı meydanda indi lələ köçüb, yurdu qalıb
Kreml dəhlizlərində çevriliş iddiaları daha bərk səslə danışılır
... Yaxud Kreml üçün qorxulu diaqnoz
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
Müəmmalı ölümün intihar, yoxsa qətl olması araşdırılır
“The Washington Post”: “Hakimiyyət daxilində müharibəyə münasibət dəyişməyə başlayıb”
İyulun 21-də Rusiya hakimiyyəti Novosibirskdə müstəqil deputat Xelqa Pirqoqovanı “silahlı qüvvələri nüfuzdan salan saxta informasiya” yaymaqda ittiham edərək ona cinayət işi açıb. Priqoqova ertəsi günü sakitcə Gürcüstana gedib.
“Dostlarım mənə cinayət işinin açılması haqda xəbər verdilər. Hər şey çox sürətlə baş verdi”, – Piroqova müsahibəsində deyib.
İyulun 21-də səhər ona yalnız administrativ ittiham irəli sürülmüşdü, Rusiyadan getmək fikri yox idi.
“Qalardım. Dindirilməyə və həbsə hazır idim”, – o deyib.
***
Ancaq cinayət ittihamı, 10 ilədək həbs perspektivi 33 yaşlı, ilk uşağına hamilə deputat üçün başqa durum yaradıb.
“İttihamlarla mübarizə ilə təkcə özümün deyil, həm də gələcək övladımın azadlığı arasında seçim etməliydim. Körpəmin doğuşdan dərhal sonra həbsdə qalmasına imkan verə bilməzdim”, – Piroqova danışır.
O, 2020-ci ildə müxalifət lideri Aleksey Navalnının “Smart Səsvermə” təşəbbüsünün dəstəyilə Novosibirsk Şəhər Şurasına seçilib. Navalnı özü o vaxtdan siyasi motivli hesab olunan ittihamlarla həbsdədir. Onun bir çox fəal tərəfdarları ya təqib edilib, ya da ölkədən qaçmağa vadar olub. 2021-ci ilin iyununda hökumət Navalnın Antikorrupsiya Fonduna və regional ofislər şəbəkəsinə “ekstremist” damğası vuraraq qapadıb.
Bu ayın əvvəlində tanınmış müxalifətçi İlya Yaşin də “silahlı qüvvələrin nüfuzdan salınması” qanunu ilə ittiham olunub. Prezident Vladimir Putin bu qanunu fevralın 24-də Ukraynaya hücuma başlayandan bir neçə gün sonra imzalayıb.
Moskva vilayət şurasının deputatı Aleksey Qorinov bu qanunla təqsirli bilinən ilk seçilmiş rəsmidir, yeddi il həbsə məhkum edilib.
***
Piroqovaya ittihamlara gəlincə, o, iyulun ortasında “Twitter” postunda Ukraynada döyüşlərdə həlak olan yaxınlarının dəfninə pul verdiyinə görə hökumətə təşəkkür edən yoxsul rusiyalılara sarkastik yanaşma göstərib.
“Mənə dəhşətli gəlirdi ki, ərini, qardaşını, oğlunu itirənlər bu itkinin yasını tutmaqdansa, onların dəfninin belə gözəl təşkilindən, kəndin yarısını çağıra biləcəkləri qədər yeməyin olmasından heyrətlənirlər”, – Piroqova deyir.
O, postunu dərhal pozsa da, sürətlə yayılıb. “Postu təzədən oxuyub anladım ki, yanlış yoza bilərlər. Elə də oldu”, – o söyləyir və postunun “həddən artıq emosional” olduğunu sözlərinə əlavə edir.
Novosibirsk Şəhər Şurasının sədr müavini, hakim Vahid Rusiya partiyasından Andrey Panfyorov Piroqovanı İstintaq Komitəsinə çuğullayır və ona qarşı təhqiqat başladılır.
***
Ancaq Piroqova inanır ki, “Twitter” postu onun Putinin və Ukraynadakı müharibənin açıq tənqidçisi kimi hədəfə alınmasına bəhanə verib.
“Onların məqsədi müxalifət fikirli bütün insanları ölkədən çıxarmaqdır. Hansı bəhanədən istifadə etmələrinin əhəmiyyəti yoxdur”, – o deyib.
İttihamlardan xəbər tutan deputat dərhal Rusiyadan getməyə qərar verir.
“Hətta əşyalarımı yığmağa belə vaxtım olmadığını anladım. Məni hər yerdə gözləyə bilərdilər”, – o vurğulayır.
Piroqova bilet almağa ona kimin kömək etdiyini açıqlamır, sərhədi problemsiz keçdiyini, nə Rusiya, nə də Gürcüstanda problemlə üzləşdiyini deyir: “Ölkədən çıxışına qadağa qoyulmamışdı… Ona görə düşünürəm ki, onların məqsədi məni ölkədən çıxarmaq idi”.
***
Rusiyadan gedəndən sonra özünüsenzura hissinin itdiyini deyən Piroqova danışır ki, Gürcüstanda jurnalistlərə müsahibə verərkən Ukraynadakı müharibəyə “müharibə” deyə bilmək onda qəribə hisslər oyadıb.
“Səmimi desəm, çox qəribə idi. Beş aydır gedir, ancaq ilk dəfədir düşünmədən, tərəddüd etmədən, sözlərini filtrasiyadan keçirmədən sadəcə ‘müharibə’ deyə bilirsən və qorxmursan”, – o danışır.
Piroqova qeyd edir ki, son aylar paylaşdığı sosial media postlarını yenidən nəzərdən keçirir, əslində nə demək istədiyinə dair şərhlər əlavə edir.
O, şəhər şurasının üzvü kimi fəaliyyətini məsafədən, bacardığı müddətdə davam etdirməyi planlaşdırır.