Kreml iqtisadi rıçaqları işə salır
Ermənistan məhsulları mərhələli şəkildə Rusiya bazarından sıxışdırılır
12:01 | 1 oktyabr 2022 | Şənbə
Məqaləyə 1420 dəfə baxılıb
Şriftin ölçüsü
Ermənistan məhsulları mərhələli şəkildə Rusiya bazarından sıxışdırılır
Rusiya Ermənistanın daha bir brend məhsuluna qadağa tətbiq etdi
Moskva-İrəvan gərginliyi və Cənubi Qafqazın yeni sınağı
Ermənistandan vacib Türkiyə həmləsi
Türkiyə ilə Ermənistan arasında birbaşa ticarətə start verilir
“Qarabağ hərəkatı bizim üçün fəlakətli səhv idi”
Müəmmalı ölümün intihar, yoxsa qətl olması araşdırılır
Paşinyan Karapetyanı məhkəməyə verir
Simonyanın açıqlamaları diplomatik qalmaqala səbəb oldu
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Azərbaycan ətrafında formalaşan iddiaların arxasındakı lobbi kölgəsi
Akopyan seçicilərlə görüşdə Ermənistan baş nazirini müşayiət edib
Ermənistan baş naziri Rusiyapərəst əsas rəqibini necə zərərsizləşdirib?
Azərbaycan dizeli və Rusiya gübrəsi yüklənmişdi
Sərhəd dəyişiklikləri xəritə servislərində görünməyə başladı
Paşinyanla söhbətdə Azərbaycan müqayisəsi təsadüfi deyildi
“Ermənistanın iki ölkə arasındakı ziddiyyətləri beynəlmiləlləşdirmək cəhdi ilk növbədə danışıqlar prosesində Ermənistanın düşdüyü vəziyyətlə bağlıdır”. Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) şöbə müdiri, politoloq Fuad Çıraqov deyib.
O bildirib ki, Bakının razılığı olmadan hər hansı bir sülhməramlı qüvvənin Azərbaycanla sərhəddə yerləşdirilməsi mümkün deyil: “Artıq Ermənistan görür ki, istər Brüssel formatı ilə, istər Moskva formatı ilə heç nəyə nail ola bilmir. Azərbaycan hər iki formatda diplomatik olaraq Ermənistanı dalana dirəyib. Buna görə də rəsmi İrəvan danışıqlar prosesini pozmaq və münaqişəni beynəlmiləlləşdirmək üçün bu addımları atır. Format dəyişilərsə digər oyunçular Ermənistana yardım edə bilər və əgər yeni formatlar yaranarsa, bu zaman Ermənistanın mövqeləri də yaxşı təmin oluna bilər. Görünən isə odur ki, Ermənistanın bu cəhdləri əbəs yerədir.
Ermənistan birtərəfli şəkildə öz ərazisində istənilən ölkənin silahlı qüvvələrini yerləşdirə bilər. Bu, onun suveren hüququdur. Bununla bağlı hesab edirəm ki, Azərbaycanın hər hansısa bir etirazı yoxdur. Bunun üçünsə ilk növbədə sərhədlərin delimitasiyası, demarkasiyası həyata keçirilməlidir ki, dəqiq bilinsin bu iki ölkənin sərhədləri haradadadır.
Bu prosesdən sonra buna uyğun olaraq da Ermənistan öz sərhədlərində hansı ölkənin sülhməramlılarını və yaxud da ki, silahlı qüvvələrini nəzarət üçün yerləşdirmək istəyirsə, özü bilər. Bu, həm də Ermənistanın acizliyini göstərir ki, o öz sərhədlərini suveren, müstəqil dövlət kimi qoruya bilmir.
Azərbaycan-Ermənistan sərhədində Ermənistanın birtərəfli şəkildə istəyi ilə sülhməramlılar deyil, yalnız Ermənistan tərəfindən hansısa bir ölkənin silahlı qüvvələri yerləşdirilə bilər. Bununla bağlı onlar hansısa bir sülhməramlı mandata sahib olmayacaqlar. Çünki həmin o qüvvələrin sülhməramlı mandatı alması üçün eyni zamanda Azərbaycanın razılığı olmalıdır. Azərbaycan isə bununla bağlı hər hansı bir razılıq və yaxud mövqe ortaya qoymayıb. Azərbaycan özü öz sərhədlərini müstəqil şəkildə qoruya bilir.
Ermənistanın başqa bir dövlətin ordusunu sərhədlərini qorumaq üçün dəvət etməsi məsələsinə Rusiyanın reaksiyası necə olacaqsa, bu, yenə də İrəvan və Moskva arasındakı münasibətlərə bağlıdır. İndiyənə qədər Ermənistan ərazisində Rusiya silahlı qüvvələri, hərbi bazası var idi. Ermənistanın İran və Türkiyə ilə sərhədlərini də Rusiya sülhməramlıları qoruyurdu. İndi bura üçüncü hər hansısa bir ölkənin silahlı qüvvələrinin gətirilməsi İrəvan-Moskva, əgər bu qoşun Fransanın silahlı qüvvələri olacaqsa, Parislə üçtərəfli münasibətlərinin mövzusudur”.