Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
18:41 | 17 oktyabr 2022 | Bazar ertəsi
Məqaləyə 1005 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
“Rusiya Federasiyası İran istehsalı olan döyüş pilotsuz uçuş aparatlarını istifadə etməklə Ukraynanın mülki əhalisinə və mühüm infrastrukturuna qarşı terror aktları həyata keçirməkdə davam edir”. Bu sözlər Ukrayna Xarici İşlər Nazirliyinin İranla bağlı bəyanatında deyilir.
“Təkcə son bir həftə ərzində Rusiya Federasiyası İranın kamikadze PUA-ları ilə Ukraynanın bir sıra şəhərlərində yaşayış binalarına, elektrik stansiyalarına, kanalizasiya təmizləyici qurğulara, körpülərə və uşaq meydançalarına yüzdən çox zərbə endirib. Uşaqlar da daxil olmaqla, onlarla insan həlak olub və yaralanıb. Ukraynanın enerji infrastrukturunun üçdəbirinə zərər dəyib. Kiyevdə iki diplomatik qurumun binasına ziyan dəyib.
Ukraynada işğalçılıq müharibəsi aparmaq və Ukrayna vətəndaşlarını öldürmək üçün silah tədarükü İranı Rusiyanın Ukraynaya qarşı təcavüz cinayəti, hərbi cinayət və terror aktlarına əlbir edir.
Biz Tehranı Rusiyaya istənilən silah tədarükünü dərhal dayandırmağa çağırırıq. Əks halda Rusiyanın Ukraynaya qarşı cinayətlərinə görə beynəlxalq məhkəmələr çərçivəsində ən ağır məsuliyyəti İran və onun rəhbərliyi daşıyacaq”.
Ukraynanın xarici işlər naziri Dmitri Kuleba da bu gün Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirlərinə müraciət edərək Rusiyanın ukraynalılara qarşı terrora yardım etdiyinə görə İrana qarşı sanksiyalar tətbiq etməyə çağırıb. İrana qarşı sərt sanksiyalar İranın Ukraynaya qarşı müharibədə istifadə üçün “yer-yer” tipli ballistik raketləri Rusiyaya ötürmək niyyəti barədə xəbərlər fonunda xüsusi önəm daşıyır.
Ukrayna BMT Nizamnaməsinə uyğun olaraq ayrılmaz özünümüdafiə hüququnun gerçəkləşdirilməsi çərçivəsində mülki əhalini, suverenliyini və ərazi bütövlüyünü xarici təcavüzdən qorumaq üçün bütün mümkün tədbirləri görəcək. (report)