
Həftədə 4 gün iş?
Süni intellekt sayəsində tezliklə heç işləməyə bilərik
Süni intellekt sayəsində tezliklə heç işləməyə bilərik
Çarlz Mişelin Türkiyə ilə bağlı açıqlaması dünyanın gündəminə damğa vurdu
Rəsmi Budapeşt 5,8 milyard qrant qarşılığında Ukraynaya nəzərdə tutulan yardıma hə dedi
Günlərlə yeməksiz, susuz kazarmalarda saxlanılıb ...
Rəsmi Sofiyanın Şengen zonasına daxil olmaqdan imtina edilməsinə reaksiyası sərt oldu
Aİ Xorvatiyanın Şengen zonasına daxil olmasını təsdiqləyib
Xorvatiyanın üzvlüyə prəblem olmadığı halda, 1 ölkə Rumıniyanın, 2-si isə Bolqarıstanın əleyhinədir
Rusiya Mərkəzi Bankı hesabat açıqladı
Avropa İttifaqı Rusiyaya 9-cu sanksiya paketini açıqladı
Netanyahunun qurduğu koalisiya qoca qitəni narahat edir
Mühacirləri izləmək və zorla ölkəyə qaytarmaq üçün fəaliyyətdə olublar
25 ölkədə keçirilən əməliyyatda 2500 nəfər həbs olunub
Rusiya neft ticarətində maksimum qiymətdən istifadəni qadağan etməyə hazırlaşır
Kremldən neft qiyməti qərarına etiraz
KOPE-nin son vəziyyəti və MAQATE ilə əməkdaşlıq müzakirə edilib
Ursula von der Leyen maksimum qiymət anlaşmasını dəyərləndirdi
Avropa İttifaqı (Aİ) siyasi xadimləri və liderləri aprelin 4-də Avropadakı qaraçıların inteqrasiyası məsələsini müzakirə etmək üçün Brüsseldə toplanacaqlar. Bu, 2011-ci ildə Komissiya qaraçıların milli inteqrasiyası strategiyalarının əsasını qoyandan bəri keçirilən ilk Aİ-Qaraçı Sammiti olacaq. Bu barədə Avropa Parlamentinin mətbuat xidməti məlumat verir.
Məqsəd üzv ölkələr tərəfindən təyin
edilən milli qaraçı strategiyalarının necə həyata keçirildiyini və bunun
yerlərdəki qaraçı icmalarının həyatının inkişafına təkan verib-vermədiyini
müəyyənləşdirməkdir.
Avropa Komissiyasının prezidenti Joze
Manuel Barrozu, Rumıniya prezidenti Trayan Besesku (Traian Băsescu),
Bolqarıstan baş nazirinin müavini Zinaida Zlatanova (Zinaida Zlatanova), eləcə
də Aİ-yə üzv olan 9 digər ölkədən nazirlər və dövlət katibləri sammitdə çıxış
edəcəklər. Açıq Cəmiyyət Qurumlarının (OSF) sədri Corc Soros (George Soros) və
qaraçı soyqırımından xilas olan Zoni Vays (Zoni Weisz) isə sammitdə
qeyri-hökumət məruzəçiləri qismində çıxış edəcəklər.
«2010-cu ildən bəri Avropa Komissiyasının
siyasi xəritəsində qaraçıların inteqrasiyası məsələsi mühüm yer tutur. Cəmi 4
il əvvəl baş tutan Kordova Qaraçı Sammitinə nəzər saldıqda aydın olur ki,
qaraçıların inteqrasiyası məsələsi əksər ölkələrin diqqət mərkəzində deyildi.
Müxtəlif üzv dövlətlərdən siyasətçilərin qatılacağı Brüssel Qaraçı Sammiti
dəyişikliklərə gətirib çıxara bilər. Bu, ümidverici haldır», - Aİ-nin ədliyyə
məsələləri üzrə komissarı, vitse-prezident Vivian Redinq (Viviane Reding)
bildirib.
«Qaraçıların inteqrasiya strategiyaları
üçün Aİ-nin gördüyü tədbirlər tərəqqi əldə etmək yolunda yerli hökumətlərin
yüksək səviyyədə öhdəliklər qazanmasında diqqətəlayiq rol oynayır. Qaraçıların
inteqrasiya istiqamətində ən effektiv yollarla bağlı səmərəli müzakirələrin və
dəyişikliklərin baş tutmasını gözləyirəm. İnanıram ki, Avropanın ən böyük milli
azlığına qarşı dəyişikliklərə birlikdə yol aça bilərik», - Redinq əlavə edib.
«Üzv dövlətlər Avropanın qaraçı
icmalarının təhsil, məşğulluq, səhiyyə və mənzillə təmin edilmə kimi sahələrdə
vəziyyətinin yaxşılaşdırılmasına çalışmalıdırlar», - Məşğulluq, sosial və
inteqrasiya məsələləri üzrə Avropa komissarı Laslo Andor (László Andor)
bildirib. «Komissiya üzv ölkələrin addımlarını yaxından izləməyə davam edəcək
və bu məqsədə nail olmaq üçün növbəti yeddi il ərzində Aİ-nin büdcəsindən ən
yaxşı şəkildə istifadəni təmin etmək üçün onlarla çalışacaq. Bu sammit qaraçı
icmaları ilə bağlı böyük dəyişikliklərə təkan verə biləcək məsələləri müzakirə
etmək üçün yaxşı fürsətdir. Xüsusilə də lazımi maliyyənin yerli səviyyəyə
çatdığından əmin olmaq baxımından gərəklidir», - o deyib.
Aİ səviyyəsində III Qaraçı Sammiti
Avropa Komissiyasının qaraçıların milli inteqrasiyası strategiyalarının həyata
keçirilməsi istiqamətində 2014-cü ilin qiymətləndirməsi ilə üst-üstə düşür. Bu,
2011-ci ildən bəri üzv ölkələrdə inkişaf istiqamətində atılan ən önəmli
addımlardandır.
28 üzv dövlətdə qaraçıların təhsil,
məşğulluq, səhiyyə və mənzillə təmin olunması kimi əsas məsələlərdəki vəziyyəti
qiymətləndiriləcək. Həmçinin diskriminasiya halları ilə mübarizə, maliyyə
xərcləri nəzərdən keçiriləcək və tövsiyələr təqdim ediləcək. Nəticələr iqtisadi
siyasət koordinasiyası üçün illik Avropa Semestr prosesinə də töhfə verəcək.
Bu proses Aİ-də qaraçılarla bağlı
müvafiq bir ölkəyə tövsiyələrin verilməsilə nəticələnə bilər. Bu illik dövr
inteqrasiyanın Avropa gündəliyində möhkəmliyini və davamlılığını təmin edir.
Aİ-Qaraçı Sammiti 2014-cü il, aprelin
4-də Brüsseldə baş tutacaq. Tədbirə Aİ institutlarından, hökumət və
parlamentlərdən, beynəlxalq təşkilatlardan, vətəndaş cəmiyyətindən (o cümlədən
qaraçı təşkilatlarından), yerli və regional qurumlardan 500-ə yaxın nümayəndə
qatılacaq. Onlar bu günədək əldə edilən nailiyyətlər və gələcəkdə atıla biləcək
addımlar barədə fikir mübadiləsi aparacaqlar.
Bu ilk keçiriləcək sammitdə qaraçı
cəmiyyətinin inteqrasiyasının inkişafı istiqamətində üç məsələnin həllinə
diqqət yetiriləcək. Bura tədbirlərin yerli səviyyədə bütün qaraçılara aid
olması, inteqrasiyaya dəstək vermək məqsədilə Aİ büdcəsinin yerli və regional
qurumlara çatdırılması və bu prosesi onların yayılmaqda olduğu ölkələrdə yerli
reallığa çevirmək kimi məsələlər daxildir. Üzv və namizəd dövlətlərdən olan bir
sıra merlər də sammitdə iştirak edəcəklər.
Qeyd edək ki, tədbir onlayn olaraq canlı
yayımlanacaq.