Ukraynalı uşaqlar qaytarılmalıdır
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
11:43 | 1 noyabr 2022 | Çərşənbə axşamı
Məqaləyə 1181 dəfə baxılıb
Şriftin ölçüsü
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
Medvedev: “Tramp ağlını itirmiş Avropa ilə tam həmrəydir”
Əli Şəmxaninin qızının toy qalmaqalı və Rusiya mediasının səssizliyi
Avropadan Trampa sitəm: “Putinin nazıyla çox oynayırsan ha, ...”
Ukraynanın İsveçdən almağa hazırlaşdığı 150 hərbi təyyarənin özəllikləri
Tramp Putinə əzazil sifətini göstərməyə başladı
... Ukrayna 2000 km aralıdakı zavodu vurdu
ABŞ Rusiyanın neft şirkətlərinə yeni sanksiyalar tətbiq etdi
USQ Rusiyadakı strateji kimya zavodunu “Storm Shadow” ilə hədəf aldı
Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
Budapeşt görüşü sual altında
Avropanın mərkəzində müharibə qorxusu
Ukrayna ordusunda çinlilər də döyüşür
Planlaşdırılan Budapeşt görüşü siyasi parçalanma yaratdı
Sergey Lavrov və Zərif arasında qarşıdurma
Çin isə Trampın əsas tələbləri ilə razılaşmadı, əksinə ...
Türkiyənin vasitəçiliyi ilə bu il iyulun 22-də İstanbulda taxıl və digər kənd təsərrüfatı məhsullarının ixracı üçün Ukraynanın Odessa, Çernomorsk və Yujnı limanlarının blokunun açılmasına dair saziş imzalanıb. Sənəd qüvvədə olma müddətinin uzadılması imkanı ilə Ukrayna taxılının ixracını nəzərdə tuturdu.
Ukrayna ərzağı olan ilk gəmi avqustun 1-də Odessadan yola düşdü. Nəticədə Qara dənizdə Ukraynanın taxıl ixracına Rusiya mane olmadı.
Bu arada Rusiyanın Ukrayna ilə bağlı taxıl razılaşmasından çıxdığı deyilir. Məsələ ondadır ki, oktyabrın 29-da Rusiya Krımda Rusiya Federasiyasının Qara Dəniz Donanmasının gəmilərinə qarşı hansısa terror aktı törətdiyinə görə taxıl təşəbbüsü sazişlərinin həyata keçirilməsində iştirakını dayandırdığını elan edib. Rusiyanın bu addımı ABŞ və Avropa İttifaqı tərəfindən kəskin pislənilib.
Maraqlıdır, Rusiyanın bu addımları nədir? Şantaj, yoxsa digər bir şey?
“Məsələnin digər tərəfi onunla bağlıdır ki, Rusiya Ukrayna taxılı yerinə öz məhsulunu satmaq istəyir”
Sözügedən məsələyə aydınlıq gətirən siyasi ekspert Elşad Həsənov buna bir neçə aspektdən yanaşdı: “Bunun səbəbini Rusiya onunla əlaqələndirir ki, Ukrayna PUA-ları oktyabrın 29-da Qara dənizdə Rusiyanın 3 hərbi gəmisinə zərbələr endirib. Bu, Rusiya hərbi donanması üçün böyük zərbə idi. Çünki Rusiyanın hava hücumundan müdafiə qüvvələri hücumun qarşısını ala bilmədilər. Bəzi məlumatlara görə, Rusiya hərbi gəmilərinə müasir sualtı torpedolarla zərbələr endirilib. Buna cavab olaraq Rusiya prezidenti Vladimir Putin Qara dəniz vasitəsilə Ukrayna taxılının daşımasının dayandırıldığını bildirdi. Nəzərə almaq lazımdır ki, məlum anlaşma imzalanandan sonra böyük həcmdə Ukrayna taxılı dünya bazarına çıxarıldı. Əsasən də Afrika ölkələrinə aparıldı. Türkiyə Müdafiə Nazirliyinin yaydığı məlumata görə, indiyə qədər dəhliz vasitəsilə 9,3 milyon ton taxıl daşınıb. Ancaq bir məqamı nəzərə almaq lazımdır ki, Rusiyanın məlum addımı taxılın daşınmasının birdəfəlik dayandırılması demək deyil. Çünki tərəflər arasında danışıqlar gedir. Ola bilsin ki, taxılın daşınmasına Rusiya yenidən icazə versin. Rusiya tərəfi də bəyan edib ki, bununla bağlı BMT və Türkiyə ilə dialoq davam etdiriləcək. Oktyabrın 31-də BMT və Türkiyə nümayəndələri 40 Ukrayna gəmisinin yoxlamasını həyata keçirəcək. Eyni zamanda, Ukrayna, Türkiyə və BMT-nin nümayəndəliyi Qara dənizdə 14 gəminin hərəkət planı haqda Rusiya tərəfini məlumatlandırıb. Bütün bunlar onu göstərir ki, Kreml açıq şantajla məşğuldur. Yəni Rusiya ordusu Ukraynanın infrastrukturunu məhv edir, elektrik stansiyalarını raketlə vurur. Ukrayna Rusiya hərbi gəmilərini hədəf alanda isə, Kreml bundan şantaj məqsədilə istifadə edir. Bu isə müharibə qaydalarına görə qəbuledilməzdir. Məsələnin digər tərəfi onunla bağlıdır ki, Rusiya Ukrayna taxılı yerinə öz məhsulunu satmaq istəyir. Rusiya Kənd Təsərrüfatı Nazirliyi bəyan edib ki, bu il ölkədə 150 milyon ton taxıl tədarük olunub. Bunun 50 milyon tonunu ixrac etmək istəyirlər. Rusiyanın yenidən Ukrayna taxılına məhdudiyyət qoyması bu amillə də bağlı ola bilər”.
Bir sözlə, ekspert hesab edir ki, Ukrayna taxılının daşınmasının yenidən bərpa olunması istisna olunmur.