Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
16:37 | 4 noyabr 2022 | Cümə
Məqaləyə 856 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Ukrayna Milli Polisinin əməkdaşları Donetsk, Xarkov və Xerson vilayətlərinin işğaldan azad edilmiş ərazilərində 868 mülki vətəndaşın cəsədini tapıb. Milli Polisin mətbuat xidməti onlardan 24-nün uşaq olduğunu bildirib.
Mütəşəkkil Analitik Təminat şöbəsinin rəhbəri Aleksey Sergeyevin bildirdiyinə görə, cəmi bir gündə, noyabrın 2-də müstəntiqlər bu ərazilərin Rusiya qoşunları tərəfindən işğalı zamanı həlak olmuş 14 mülki vətəndaşın cəsədini aşkar edib.
“Bu regionların işğaldan azad edilmiş rayonlarında polis müstəntiqləri 2670 hərbi cinayət sənədləşdiriblər ki, onlardan 2379-u Xarkov vilayətində, 260-ı Xerson vilayətində və 31-i Donetsk vilayətində baş verib”, – deyə Sergeyev bildirib.
Polis, həmçinin Rusiya qoşunlarının işğal etdiyi ərazilərdə 34 işgəncə obyekti aşkar edib.
Sergeyevin sözlərinə görə, Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı başlayandan bəri Ukrayna Milli Polisinin müstəntiqlər Rusiya hərbçilərinin Ukrayna ərazisində törətdiyi hərbi cinayətlərinin faktları üzrə 41 mindən çox cinayət işi açıb.
Oktyabrın 27-də polis əməkdaşları Xarkov vilayətinin Borovski rayonunda kütləvi məzarlıq aşkar edib. Ukrayna Silahlı Qüvvələrinin hərbi qulluqçuları və mülki şəxslər ümumi məzarlıqda basdırılıb.
Sentyabr ayında, Rusiya qoşunlarının geri çəkilməsindən sonra Ukrayna Milli Polisi İzyum şəhəri yaxınlığında kütləvi məzarlıqlarda tapılan cəsədlərin eksqumasiyasını başa çatdırıb. Ümumilikdə, polis Xarkov vilayətinin işğaldan azad edilmiş ərazisində 460-dan çox cəsəd aşkar edib.