Hörmüz müqabilində “Tomahawk”
Avropa ölkələri ABŞ ilə sövdələşməyə hazırlaşır
18:05 | 28 noyabr 2022 | Bazar ertəsi
Məqaləyə 1041 dəfə baxılıb
Şriftin ölçüsü
Avropa ölkələri ABŞ ilə sövdələşməyə hazırlaşır
Xarici film və musiqiyə görə ən ağır cəzalar, hüquq müdafiəçilərindən ağır hesabat
ABŞ-Vatikan görüşündə ispan dilində zarafatlaşma, Rubio–Papa dialoqunda gərgin mesajlar
Sovet kitablarında, dərsliklərində rast gəlinməyən faktlar
Geri addım, Körfəz ölkələrinin vetosu və yeni dönüş
“Gömrük tarifləri dərhal çox daha yüksək səviyyəyə qaldırılacaq”
ABŞ və İran Hörmüz boğazında toqquşdu ...
Bəndər-Abbas və Keşm limanlarına hava zərbələri endirilib
İran XİN rəhbəri Əli Xameneyinin ölümündə günahlandırılır
Hərbi ekspert: “Generalitet də dilinə sahib çıxmalıdır”
Pekin boğazın açılmasını istəsə də, qarşılıqlı güzəşt tələb edir
Hörmüz boğazı açılacaqmı?
“BMT ABŞ ilə Qərb dövlətlərinin rəhbərliyi altında təzyiq arenasına çevrilib”
Bazarlar İran–ABŞ danışıqlarını izləyir
Çəkilmə təhdidi olsa da, Avropanın ABŞ-dən asılı qalmasına çalışılır
İranın iddiası təkzib olundu
ABŞ iqlim böhranının təsirlərini yumşaltmaq üçün Günəşi qarşısını kəsmək yollarını araşdıracaq. CNBC-nin xəbərinə görə, Ağ Evin Elm və Texnologiya Siyasəti İdarəsi bu istiqamətdə hazırlanmış 5 illik tədqiqat layihəsini koordinasiya edəcək.
Layihə atmosferdə istixana qazlarının yaratdığı istiləşməni azaltmaq üçün Yerə çatan Günəş işığının miqdarının dəyişdirilməsi ideyasına əsaslanır.
Tədqiqat planına günəş işığını kosmosa qaytarmaq üçün atmosferə hissəciklər səpmək və Yer üzündə mümkün nəticələrin qiymətləndirilməsi daxildir.
Bu üsul müxtəlif qaz və hissəciklərdən ibarət incə dumanı təyyarələrlə atmosferin stratosfer təbəqəsinə yaymaq deməkdir. Bəzi elm adamları hesab edirlər ki, bu, günəş işığının bir hissəsini kosmosa geri qaytaracaq və planeti soyudacaq.
Ancaq belə bir ssenaridə hansı qazların və hissəciklərin istifadə edilməsi illərdir müzakirə mövzusudur.
İqlim texnologiyalarına diqqət yetirən “Lowercarbon Capital” investisiya fondunun təsisçisi Kris Saska (Chris Sacca) Ağ Evin bu addımını müsbət qiymətləndirənlərdəndir.
Saska CNBC-yə deyib: “Bu metod milyardlarla insanın dolanışıq vasitələrini qorumaq potensialına malikdir”.
Ağ Ev tədqiqatı davam etdirir. Beləliklə, istənilən gələcək qərar geosiyasi bölgülərə deyil, elmə əsaslana bilər.
Sözügedən ideya ilk dəfə 1989-cu ildə Harvard Universitetinin professoru Deyvid Kit (David Keith) tərəfindən irəli sürülüb və nəzərdən keçirilib. O vaxtdan bəri vaxtaşırı qeyd olunsa da, bir çox ekspert bu fikrə şübhə ilə yanaşır.
“Carnegie” İqlim İdarəetmə Təşəbbüsünün direktoru Ceynos Pastor (Janos Pasztor), “Ölkə ilk növbədə tullantıların azaldılmasında nə etdiyinə baxmalıdır. Siz ona baxmadan onun digər addımlarını qiymətləndirə bilməzsiniz”, – deyib.
Günəş radiasiyasının dəyişdirilməsi heç vaxt iqlim böhranının həlli olmayacaq.
Günəşdən gələn işığın bir hissəsinin qarşısını almaq ideyası Cənubi Afrika alimlərinin apardığı bir araşdırma ilə 2020-ci ildə də gündəmə gəlib.
Keyptaun Universitetinin alimləri şəhərin üstündəki atmosferə böyük miqdarda kükürd dioksid qazı buraxaraq və Günəşi həmişəlik “qaraldıb” su ehtiyatlarını qorumaq üçün plan hazırlamışdılar.
Bu planın 2100-cü ilə qədər su qıtlığı riskini 90 faiz azaldacağı bildirilib.
Ancaq bir çox ekspertlər bu fikrə qarşı çıxdılar. Çünki, kükürd qazı texnikasının ətraf mühitə və insan sağlamlığına zərərli təsirləri ola bilər.