vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 19 avqust 2026
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
BÖHRAN  
Vaqnerin bazası bombalanıb 16:29 | 29 noyabr 2022 | Çərşənbə axşamı Məqaləyə 1129 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Vaqnerin bazası bombalanıb

Naməlum təyyarə MAR-ın hərbi obyektlərinə və pambıq mərkəzilərinə zərbələr endirib

XALİDƏ

MÖVZU İLƏ ƏLAQƏLİ

Naməlum təyyarə Mərkəzi Afrika Respublikasının (MAR) Bossanqoa şəhərində hərbi obyektləri bombalayıb.

Hökumət sözçüsü və rabitə naziri Serj Ghislain Djorie verdiyi açıqlamada naməlum təyyarənin şimal sərhədindən ölkə ərazisinə icazəsiz daxil olduğunu bildirib.

Təyyarənin Bossanqoa şəhərindəki hərbi məntəqələri və pambıq istehsal mərkəzlərini bombaladığını bildirən Djorie, “Sülh düşmənlərinin bu alçaq hərəkəti cəzasız qalmayacaq” deyib.

Bildirilir ki, naməlum təyyarə ölkədəki Rusiya muzdlu qüvvələrinin Vaqner qrupuna aid bazanı bombaladıqdan sonra şimal sərhədindən ölkəni tərk edib.

OAC və Rusiya hakimiyyəti 2018-ci ilin avqustunda ölkədə zorakılıqla birlikdə mübarizə aparmaq üçün hərbi saziş imzalayıb.