Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
13:53 | 2 dekabr 2022 | Cümə
Məqaləyə 734 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Kremlin sözçüsü Dmitri Peskov Rusiya prezidenti Vladimir Putinin ABŞ prezidenti Co Baydenlə danışıqlara açıq olduğunu, lakin Rusiya ordusunun Ukraynanı tərk etməyə hazır olmadığını bildirib. Peskov jurnalistlərə verdiyi açıqlamada Baydenin Rusiyanın Putinlə görüşmək üçün Ukraynanı tərk etməli olduğu sözlərini xatırladıb.
Rusiya ordusunun Ukraynanı tərk etməyə hazır olmadığını bildirən Kremlin sözçüsü, “Xüsusi hərbi əməliyyat davam edir. Bununla belə, Putin təmaslara və danışıqlara açıq idi və qalır. Maraqlarımıza nail olmaq üçün ən çox üstünlük verilən vasitə dinc diplomatik yollardır”, – deyə bildirib.
ABŞ-ın Rusiyanın “yeni torpaqlarını” hələ də tanımadığını və bunun qarşılıqlı müzakirə meydançalarının tapılmasını çətinləşdirdiyini qeyd edən Peskov Putinin ölkəsinin maraqları üçün hər zaman danışıqlara açıq olduğunu vurğulayıb.
Peskov xatırladıb ki, Putin hələ Ukraynada “xüsusi hərbi əməliyyat” başlamazdan əvvəl ABŞ, NATO və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) ilə hazırlanmış layihə mətnləri əsasında danışıqlara başlamağa çalışıb və bu təşəbbüs hələ də cavabsız qalır.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Suriya rejimi lideri Bəşər Əsədin görüşünün mümkünlüyü ilə bağlı sualı cavablandıran Peskov bildirib ki, hələlik dəqiq bir şey yoxdur, lakin belə bir ehtimal var.
Peskov əlavə edib ki, Putin belə bir əlaqəni alqışlayacaq və Rusiya tərəfi buna töhfə verməyə hazırdır.