
Jestin adı “B-52” və “F-22”
ABŞ İsrailə verəcəyi bombardmançılar və qırıcılar İranı aciz qoyacaq
ABŞ İsrailə verəcəyi bombardmançılar və qırıcılar İranı aciz qoyacaq
Pentaqon İranı vurmağa hazırlaşır?
Tramp: “Çox kədərli bir vəziyyətdir”
Rusiyadan icazəsiz Transxəzər qaz kəməri çəkmək …
Xəzərlə bağlı razılaşma Ermənistanda qorxu yaratdı
Deputatdan açıqlama: “Bu qərardan sonra sahilyanı dövlətlər Transxəzər boru kəmərinin reallaşmasına mane ola bilməyəcək”
İlham Əliyev: “Gələn il Xəzərdə neft çıxarılmasının 70 illiyini qeyd edəcəyik”
Azərbaycan nə uddu?
Qazaxıstan XİN: “Bütün bunlar konvensiyada əks olunub”
İran Türkiyənin müdafiəsinə qalxdı
ABŞ Xəzərin bölgüsünü şərh etmək istəmədi
Nazarbayevdən müjdə
Ruhanidən Şimali Koreyaya xəbərdarlıq
İran qoşunlarının Suriyadan çıxarılması üçün beynəlxalq saziş hazırlana bilər
... Bölgədə böyük fəlakətə yol açacaq
Dünyanı şoka salan bəyanat – sirli sənədlərdə nə var?
İranda iki etirazçı “mohareb” – yəni “Allahın düşməni” elan edilib və asılıb. Ən azı on digər iğtişaşçı oxşar cəzalar alıb və indi edamlarını gözləyir. Bu arada hakim düşərgədə məhkəmə qərarlarını tənqid edənlər peyda olub. Ölkənin Ali Məhkəməsinin keçmiş sədri və Ekspertlər Məclisinin (ali idarəedici rəhbəri seçən və onun fəaliyyətinə nəzarət edən qurumun) hazırkı üzvü Ayətullah Morteza Moqtadai deyib ki, edam edilənlərdən ən azı biri “mohareb”, elan edilməməli idi, çünki onun törətdiyi cinayət kifayət qədər ciddi deyildi. “O, ölməyə layiq deyildi” - deyə din xadimi bildirib.
Digər görkəmli Ayətullah Məhəmməd Əli Ayazi isə ümumiyyətlə, dövlət nümayəndələri müdaxilə etməyə cəhd edərsə, xalqın narazılığını ifadə etmək və özünü müdafiə etmək hüququna malik olduğunu bildirib. “Tək buna görə insanları “mohareb” elan etmək olmaz” deyib. Qısacası, xalqın müqavimət göstərmək və üsyan hüququ var.
İran sünnilərinin ruhani lideri sayılan din xadimi Əbdülhəmid İsmayılzahi, ümumiyyətlə, verilən ölüm hökmlərinin İslam hüququnun prinsiplərinə zidd olduğunu bildirib. Burada təbii ki, qeyd etmək lazımdır ki, hakim təbəqənin nümayəndələrinin rejimin hərəkətlərini tənqid edən çıxışları əvvəllər də olub. Bu mənada İran siyasəti Rusiyadan bir qədər demokratik də görünə bilər. Buna baxmayaraq, hazırda orada baş verənləri təhlil edərkən, indiki tənqidi də nəzərə almaq lazımdır. Məlumdur ki, elitada parçalanma uğurlu inqilab üçün əsas amildir.