ABŞ–Rusiya “sülh” planı layihəsi ...
... Əslində Ukraynanın suverenliyinə və Avropanın isə təhlükəsizliyinə strateji təhdiddir
15:20 | 20 dekabr 2022 | Çərşənbə axşamı
Məqaləyə 8163 dəfə baxılıb
Şriftin ölçüsü
... Əslində Ukraynanın suverenliyinə və Avropanın isə təhlükəsizliyinə strateji təhdiddir
Təəssüf ki, başqa yol görünmür...
Harvard məzunu Dmitriyevin adı seçkilərə müdaxilə hesabatında da keçir
Rusiya və Qərbin “QRU” agenti uğrunda amansız savaşı – ŞOK DETALLAR
Tramp: “Rusiya sahilləri yaxınlığında bizim dünyada ən güclü atom sualtı qayıq var”
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
Medvedev: “Tramp ağlını itirmiş Avropa ilə tam həmrəydir”
Əli Şəmxaninin qızının toy qalmaqalı və Rusiya mediasının səssizliyi
Avropadan Trampa sitəm: “Putinin nazıyla çox oynayırsan ha, ...”
Tramp Putinə əzazil sifətini göstərməyə başladı
... Ukrayna 2000 km aralıdakı zavodu vurdu
ABŞ Rusiyanın neft şirkətlərinə yeni sanksiyalar tətbiq etdi
USQ Rusiyadakı strateji kimya zavodunu “Storm Shadow” ilə hədəf aldı
Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
Budapeşt görüşü sual altında
Avropanın mərkəzində müharibə qorxusu
Yəqin ki, dünənki siyasi hadisələrin ən maraqlısı Rusiya prezidenti Vladimir Putinin böyük və nümayəndə heyəti ilə Belarus Respublikasına səfəri olub. Adətən Rusiyaya səfərlər edən Lukaşenko bu dəfə “əziz qonağı” öz evində təmtəraqla qarşılamağa və böyük ziyafət təşkil etməyə məcbur olub. Buna qədər Lukaşenko Rusiya nümayəndə heyətinin səfərinə qarşı çıxırmış və bu səfəri pozmaq üçün çox işlər də görübmüş. Amma göründüyü ki, istəklərini reallaşdıra bilməyib və özünün “izqoy” olmadığını göstərməyə çalışan Rusiya prezidenti “kolxoz sədrinin” müqavimətini qırıb. O da qeyd edilməlidir ki, Putinin Belarusa səfəri bir çoxları tərəfindən Rusiyanın Ukrayna ilə müharibəsi kontekstində nəzərdən keçirilsə də, Moskva belə bir gündəmin mövcudluğunu inkar edirdi. Kremlin sözçüsü Dmitri Peskov hələ danışıqlar başlamazdan əvvəl bəyan etmişdi ki, Putinin Belarusun Ukraynadakı hərbi əməliyyatlarda iştirakı məsələsini həll etmək üçün Minskə getməsi ilə bağlı xəbərlər “axmaq və əsassız” hesab edilməlidir.
Putin və Lukaşenkonun açıq və qapalı formatda, nümayəndə heyətlərinin üzvlərinin iştirakı ilə və təkbətək müzakirə etdiyi məsələlərin dairəsi kifayət qədər geniş olub. Rusiya prezidenti şəxsən belaruslu qəsbkarı “böyük qardaş”ın başı üzərindən Qərb və Çinlə separat danışıqlar aparmanın yanlış yanaşma olduğunu inandırmağa çalışıb. Putin birbaşa Lukaşenkoya Belarus Respublikasının yeni xarici işlər nazirinin “səhv” təyinatına işarə edərək, yeni nazirin mərhum Makeydən yaxşı olmadığını və belə bir təyinatın “qardaş” ölkələrin liderləri arasında münasibətlərdə gərginliyə səbəb ola biləcəyini qeyd edib.
Rusiya prezidenti belaruslu həmkarını real inteqrasiya proseslərinin olmadığına görə də qınayıb. Söhbət zamanı Putin iki ölkənin İttifaq dövlətində birləşməsini gücləndirməkdə israr edib ki, Lukaşenko bununla razılaşmağa məcbur olsa da, gələn il Belarusun daxili ehtiyacları üçün Rusiya prezidentindən doqquz milyard dollar tələb edib. Putin Lukaşenkonu Belarus Respublikası ərazisində gələn ilin yazında keçiriləcək birgə hərbi təlimlərdə iştirak etməyə inandırıb, tarixlər hələ də müzakirə olunur. Təlimlərin özü yenidən Belarus Respublikası ərazisindən Ukraynaya hücumun hazırlanması üçün pərdə rolunu oynamalıdır. Putin “təlimlərdə” 80 min rus hərbçisinin iştirakı ilə bağlı ilkin rəqəmi açıqlayıb və belaruslu həmkarından onun tərəfdən 30 min hərbçi verməsini xahiş edib. Lukaşenko isə nəinki söz verib, hətta, yəqin ki, blef edərək, bir qədər də uzağa gedib və Putindən İranın ballistik raketlərini Belarus Respublikası ərazisinə yerləşdirməyi xahiş edib. Belə bir təkliflə o, Rusiya prezidentini təəccübləndirib də. Lukaşenko Putinlə münasibətdə yumşaq və çevikdir, lakin onun öhdəliklərini yerinə yetirəcəyinə heç bir zəmanət yoxdur, üstəlik, dəfələrlə baş verdiyi kimi, onun təxribat ehtimalı da yüksəkdir. Maraqlıdır ki, Putin Lukaşenko ilə söhbəti zamanı ona gələn il Rusiyada ümumi səfərbərlik planlarını təsdiqləyib. Lukaşenkonun özü mətbuat konfransında hərbi planlara eyham vurmağa çalışıb və deyib ki, onlar “əslində, bu gün gələcək irəliləyiş üçün zəmin yaradıblar”. Sonra da əlavə edib: “Biz bunu başa çatdıracağıq”.