Hədəyə hədə ilə cavab
Tramp: “Rusiya sahilləri yaxınlığında bizim dünyada ən güclü atom sualtı qayıq var”
12:51 | 21 avqust 2024 | Çərşənbə
Məqaləyə 294 dəfə baxılıb
Şriftin ölçüsü
Tramp: “Rusiya sahilləri yaxınlığında bizim dünyada ən güclü atom sualtı qayıq var”
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
Medvedev: “Tramp ağlını itirmiş Avropa ilə tam həmrəydir”
Əli Şəmxaninin qızının toy qalmaqalı və Rusiya mediasının səssizliyi
Avropadan Trampa sitəm: “Putinin nazıyla çox oynayırsan ha, ...”
Tramp Putinə əzazil sifətini göstərməyə başladı
... Ukrayna 2000 km aralıdakı zavodu vurdu
ABŞ Rusiyanın neft şirkətlərinə yeni sanksiyalar tətbiq etdi
USQ Rusiyadakı strateji kimya zavodunu “Storm Shadow” ilə hədəf aldı
Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
Budapeşt görüşü sual altında
Avropanın mərkəzində müharibə qorxusu
Ukrayna ordusunda çinlilər də döyüşür
Planlaşdırılan Budapeşt görüşü siyasi parçalanma yaratdı
Sergey Lavrov və Zərif arasında qarşıdurma
Çin isə Trampın əsas tələbləri ilə razılaşmadı, əksinə ...
Avqustun 6-da Ukrayna ordusunun Rusiya ərazisinin Kursk bölgəsinə daxil olması ilə iki ordu arasında başlayan qarşıdurmalar davam edir. Rusiya Müdafiə Nazirliyi “Air S-300” də daxil olmaqla bir çox hərbi texnikanın və Kursk bölgəsində Ukrayna əsgərlərinin zərərsizləşdirilməsinin videolarını paylaşıb. Rusiya silahlı qüvvələri “Lancet” kamikadze PUA-larından istifadə edərək Kursk vilayətində Ukrayna hərbi karvanına hücum edib.
***
Rusiya Müdafiə Nazirliyi hücumla bağlı bəyanat yayıb: “Ukrayna ordusunun son 24 saat ərzində itkiləri 350 əsgər və 25 texnika, o cümlədən dörd tank, bir piyada döyüş maşını, iki zirehli transportyor, 18 zirehli döyüş maşını, səkkiz motorlu nəqliyyat vasitəsi, iki minaatan və bir elektron döyüş mərkəzi olub”.
“Kursk vilayətində hərbi əməliyyatlar başlayandan bəri Ukrayna odusunun itkiləri 4130-dan çox əsgər, 58 tank, 27 piyada döyüş maşını, 50 zirehli personal daşıyıcısı, 299 zirehli döyüş maşını, 131 motorlu nəqliyyat vasitəsi, 27 artilleriya silahı, beş SAM atıcısı, HIMARS sistemləri və biri MLRS sistemi olmaqla yeddi MLRS buraxılış qurğusu, altı elektron döyüş stansiyası, iki maneə əleyhinə maşın və bir UR-77 mina təmizləmə maşını da daxil olmaqla dörd mühəndis maşını zərərsizləşdirilib”, – deyə Eusiya Müdafiə Nazirlyinin açıqlamasında deyilir.
***
Rusiya Müdafiə Nazirliyi Ukrayna ilə həmsərhəd olan Belqorod, Kursk və Bryansk rayonlarında 3 yeni hərbi hissə yaradıldığını açıqlayıb.
Nazirlikdən verilən məlumata görə, sərhəd bölgələrini qorumaq üçün Belqorod, Kursk və Bryanskda 3 hərbi hissə yaradılıb. Rusiyanın müdafiə naziri Andrey Belousov sərhədyanı rayonların hərbi təhlükəsizliyi üzrə koordinasiya şurasının iclasında 3 rayonun administratorları, 3 bölmənin komandirləri və nazirlikdəki məsul şəxslərlə 24 saat birbaşa əlaqənin təmin edildiyini bildirib.
Koordinasiya Şurasının hər tapşırığı üçün gündəlik icradan məsul vəzifəli şəxsin müəyyən edildiyinə diqqət çəkən Belousov, “Əgər problemi öz səviyyəsində həll etmək mümkün olmasa, məsələ şəxsən mənə çatdırılacaq və mən də bu məsələni həll edəcəyəm”, – deyib.
Belousov həmçinin bildirib ki, Rusiya Baş Qərargahının nümayəndəsi və Belqorod, Kursk və Bryansk hərbi hissələrinin komandirləri bölgədə və bölgələrdə yaşayan vətəndaşların pilotsuz uçuş aparatlarından və digər hücum maşınlarından qorunmasına cavabdehdirlər.