
AB-də müdafiə və miqrasiya müzakirələri
Liderlər Avropanın müdafiəsini və rəqabət qabiliyyətini artırmağın vacibliyini vurğulayıb
Liderlər Avropanın müdafiəsini və rəqabət qabiliyyətini artırmağın vacibliyini vurğulayıb
Rumıniya daha bir millətçinin prezidentliyə namizədliyini qadağan edir
Almaniya hökuməti mailyyələşdirdiyi nüvə silahının düyməsini Makronun nəzarətinə verəcəkmi?
“Huawei”dən pul almaq iddiaları ilə bağlı üç Avropa Parlamenti məsləhətçisinin otağı möhürlənib
İyirmiyə yaxın axtarış aparılıb
Avropa Parlamentinin qərəzi erməni lobbisinin təsirinin növbəti təzahürüdür
Müharibə veteranı və istefada olan general da daxil olmaqla 6 nəfər həbs olunub
Rumıniyadan ABŞ-a gedən Endrü və Riçard Teytlə qardaşları bağlı növbəti araşdırma
Rusiyanın hərbi attaşesi və köməkçisi persona non qrata elan edilib
Avropa Parlamentində korrupsiya araşdırması
Rumıniyada ləğv edilmiş prezident seçkilərinin qalibi Corcesku saxlanılıb
Maya Sandu: “Bizim demokratik proseslərimiz bu təhdidlər üçün nəzərdə tutulmayıb”
Rumıniyadan Niderlanda sərgilənmək üçün gətirilmişdi
Avropa Parlamenti İranda insan haqlarının pozulmasını pisləyib
Almaniyanın AB ölkələrini qəzəbləndirən qərarı
Güclü yağışlar nəticəsində kənd və qəsəbələr su altında qalarkən, bəzi körpülər uçub, evlər dağılıb
Aprelin 3-də Avropa İttifaqı (Aİ) institutları Moldova vətəndaşlarının vizasız səyahəti barədə qərar qəbul edib. Artıq biometrik pasportu olan moldovalılar İttifaq daxilində - şengen zonasında sərbəst səyahət edə biləcəklər. Məlumatı «EurActiv» xəbər portalı yayıb.
Avropa Komissiyasının son təklifinin ardınca Avropa Parlamenti və üzv dövlətlər Moldovanı vizadan azad olan ölkələr sırasına daxil etmək üçün son addımı atıb. Əsasnamənin 539/2001 saylı düzəlişinin aprelin 28-də qüvvəyə minməsi gözlənilir.
Daxili işlər üzrə komissar Sesiliya Malmström bu addımı Aİ-Moldova münasibətlərində «böyük nailiyyət və yeni fəsilin başlanğıcı» adlandırıb.
Xatırladaq ki, Aİ-nin Şərq Tərəfdaşlığı təşəbbüsündə iştirak edən, 3,5 milyon sakini olan ölkə vizasız rejimə nail olunmasına yönəlmiş «viza dialoquna» 2010-cu ilin iyununda başlayıb və dörd ildən də az vaxt ərzində məqsədinə nail olub.
«Bu, onu göstərir ki, moldovalıların cəhdləri öz bəhrəsini verib və Avropa İttifaqı bizimlə işləmək istəyən üçüncü ölkələrə öhdəliklərin verilməsini nəzərdə tutur», - Malmström deyib.
Komissar həmçinin bildirib ki, Moldova regiondakı digər ölkələrə güclü siyasi iradə və islahatların səmərəli tətbiqi sayəsində nəticələrin əldə edilə biləcəyini nümayiş etdirmək üçün «əla nümunədir.»
Moldovalıların çoxu vizasız rejimi dəstəkləyir. Rumıniya pasportu olmadıqda, qonşu Aİ ölkəsi 400.000-ə yaxın rumındilli moldovalıya vətəndaşlıq verilməsinə səxavətlə yanaşır.
Qeyd edək ki, Ukrayna məsələsində yubanma ilə bağlı çətin sınaqlardan keçən Aİ liderləri ötən dekabrda Gürcüstan və Moldova məsələsini sürətləndirməyi qərara alıblar. Bundan əlavə, 20-21 mart sammitində liderlər 2014-cü ilin iyunundan gec olmayaraq Moldova və Gürcüstanla saziş bağlamaq qərarına gəlmişdilər.
Rusiya Moldovanı Ukrayna kimi Aİ-yə yaxınlaşarsa, nəticələrin ağır olacağı ilə hədələyib. Rusiya ötən sentyabrda «qida təhlükəsizliyi problemləri»ni əsas gətirərək Moldovadan şərab ixracına qadağa qoymuşdu. Lakin ekspertlər bildirirlər ki, Moldova iqtisadiyyatına daha ciddi zərbə Rusiyanın meyvə və tərəvəz kimi məhsullara qadağa qoyması, həmçinin moldovalı miqrant işçilərə qarşı məhdudiyyətlərin tətbiqi ola bilər.
Rusiyanın bəzi bəyanatlarına görə, Moskva Rusiyada işləyən moldovalı vətəndaşlara qarşı məhdudiyyətlər tətbiq edə bilər. Qeyd edək ki, bu il xaricdəki mövsümi işçilər Moldova iqtisadiyyatına 2 milyard dollar gəlir gətirib. Onların 60 faizdən çoxu Rusiyada işləyən miqrantlardır.
Aİ diplomatları hesab edirlər ki, Moldovanın nisbətən kiçik olmasını nəzərə alsaq, lazım gələrsə, Kişinyova kömək etmək elə də çətin olmaz.
Xatırladaq ki, ötən həftə Avropa Parlamenti bu həftədən etibarən Moldova şərabının idxal rüsumlarının aradan qaldırılması üçün səs verib. Məqsəd Rusiyaya itirilmiş ixracın əvəzini çıxmaqdır.