Araqçı xain elan edildi
İran XİN rəhbəri Əli Xameneyinin ölümündə günahlandırılır
18:11 | 24 avqust 2024 | Şənbə
Məqaləyə 326 dəfə baxılıb
Şriftin ölçüsü
İran XİN rəhbəri Əli Xameneyinin ölümündə günahlandırılır
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
Müəmmalı ölümün intihar, yoxsa qətl olması araşdırılır
“The Washington Post”: “Hakimiyyət daxilində müharibəyə münasibət dəyişməyə başlayıb”
Buradan göndərilən təzə tərəvəzlərə üstünlük verilməsi yerli fermerləri iflasa sürükləyir
Hərbi ekspert: “Generalitet də dilinə sahib çıxmalıdır”
Pekin boğazın açılmasını istəsə də, qarşılıqlı güzəşt tələb edir
Hörmüz boğazı açılacaqmı?
“BMT ABŞ ilə Qərb dövlətlərinin rəhbərliyi altında təzyiq arenasına çevrilib”
Bazarlar İran–ABŞ danışıqlarını izləyir
Çəkilmə təhdidi olsa da, Avropanın ABŞ-dən asılı qalmasına çalışılır
İranın iddiası təkzib olundu
Ali Məhkəmə il yarım əvvəl verilən hökmü qüvvədə saxladı
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
ABŞ-ın “Wall Street Journal” (WSJ) qəzeti ABŞ administrasiyasının qarşıdakı illərdə İran, Şimali Koreya, Çin və Rusiya kimi rəqibləri ilə necə münasibətlər quracağını müzakirə edib.
Təhlildə İranın İsrailə qarşı cavab planı, Rusiya-Ukrayna müharibəsi, Qəzzadakı münaqişələr, Çin-Tayvan gərginliyi və Şimali Koreyanın Cənubi Koreyaya yaratdığı təhdidlər xatırladılır və “dünyada getdikcə bir-biri ilə əlaqəli olan çoxsaylı böhranların baş verdiyi bildirilir”.
ABŞ-ın keçmiş prezidenti Donald Tramp hökumətində milli təhlükəsizlik sahəsində çalışmış istefada olan general-leytenant Keyt Kelloq vəziyyətin getdikcə daha çox nəzarətdən çıxdığını deyir: “Böhranlar eyni vaxtda baş versə, onların hamısını idarə etmək imkanı olmayacaq və işlər nəzarətdən çıxacaq. Reaksiya qabiliyyətiniz məhdud olacaq”.
Belə bir vəziyyətdə ABŞ-ın öz prioritetlərini müəyyən etməsi çətinləşir. Trampın vitse-prezidentliyə namizədi Ceyms Vens iddia etmişdi ki, Birləşmiş Ştatlar məhdud imkanlara görə Ukraynaya dəstəyi dayandırmalı və Avropanın təhlükəsizliyinə sərmayə qoymalıdır.
Amerika İdeyaları İnstitutunun mühafizəkar analitik mərkəzinin əməkdaşı Sumantra Maitra təklif edir ki, Rusiya prezidenti Vladimir Putini öz tərəfinə çəkməklə Vaşinqton administrasiyası Rusiya liderinin Çinlə əlaqələrinin möhkəmlənməsinin qarşısını ala bilər. Belə bir ssenaridə Vaşinqton Çin-Rusiya yaxınlaşmasını pozmaq üçün Avropa və Ukraynadan əl çəkməlidir.
Bununla belə, respublikaçılar arasında Ukrayna müharibəsindən sonra Putinlə münasibətləri normallaşdırmağın mümkün olmadığını vurğulayanlar da var.
Təhlildə bildirilir ki, ABŞ prezidenti Co Bayden yarışdan geri çəkildikdən sonra Demokratlar adından sükanı ələ keçirən vitse-prezident Kamala Harrisin seçkilərdə qalib gələcəyi təqdirdə mövcud siyasəti davam etdirəcəyi gözlənilir.
Noyabrın 5-də keçiriləcək seçkilərdə Trampın qalib gələcəyi təqdirdə ABŞ-ın xarici siyasətinin necə formalaşacağı hələlik bəlli deyil.
Digər tərəfdən, İran, Rusiya, Şimali Koreya və Çinin artan əməkdaşlığının kənardan göründüyü kimi əsaslı şəkildə möhkəm olmadığı iddia edilir: “Çin, Rusiya, İran və Şimali Koreya diplomatiya, kəşfiyyat və hərbi sahədə getdikcə daha çox əməkdaşlıq edir, lakin onlar bir-birindən şübhələnməkdə davam edirlər. Onlar Birləşmiş Ştatların dünyanın aparıcı qüvvəsi statusuna son qoymaqla bağlı razılığa gəlsələr də, onların öz regionlarında prioritetləri həmişə üst-üstə düşmür”.
Təhlildə ABŞ və onun Qərb müttəfiqlərinin daha güclü əlaqələrə malik olduğu iddia edilsə də, Pekin rəhbərliyinin Avropa dövlətlərini öz tərəfinə çəkərək Vaşinqtonun strategiyasında pozulmağa çalışdığı iddia edilir.
Digər tərəfdən, Pekində yerləşən Çin və Qloballaşma Mərkəzindən Vanq Huiyao Rusiya, İran, Şimali Koreya və Çinin Vaşinqtonun təhdidinə görə bir araya gəlməyə məcbur olduqlarını iddia edir: “Çin Avropa Birliyinə (AB) Rusiya problemini həll etməkdə, AB isə ABŞ problemini həll etməkdə Çinə kömək edə bilər. Beləliklə, hamımız anlaşa bilərik, bu, müharibəyə getməkdən daha yaxşıdır”.