Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
23:26 | 28 avqust 2024 | Çərşənbə
Məqaləyə 428 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Britaniya Ukraynanın Rusiyaya zərbə endirmək üçün “Storm Shadow” (Fırtına kölgəsi) raketlərindən istifadə etməsi üçün yaşıl işıq yandırıb. Bununla belə, Qərb Rusiyanın dərinliklərini raketləri ilə vurmaq fikrində tərəddüd edən ABŞ-la narazılığa səbəb ola biləcəyindən narahat olduğu üçün bu addımı açıq elan etməyəcək.
Ukrayna prezidenti Vladimir Zelenski dəfələrlə tələb edib ki, düşmən radarından yayına bilən və 190 mil məsafədəki həssas hədəfləri vura bilən bu silahlardan Rusiyanın dərinliklərinə zərbələr endirmək üçün istifadə olunsun.
Lakin bu raketlər çox vaxt ABŞ-ın gizli sistemləri ilə istifadə edildiyi üçün Vaşinqtondan icazə tələb olunur.
İngiltərənin “The Telegraph” qəzetinin məlumatına görə, İngiltərə ABŞ-dan Ukraynanın bu raketləri Rusiya daxilində istifadə etməsi ilə bağlı rəsmi müraciət etməyib.
ABŞ dəfələrlə Britaniyanın Ukraynaya hərbi texnika verməklə bağlı “ehtiyatsız” yanaşmasına qarşı olduğunu bildirib.
Ağ Evdəki mənbə “Telegraph”a bildirib ki, prezident Co Bayden administrasiyası ABŞ-ın icazəsi olmadan belə, “Storm Shadow” raketlərindən istifadənin gərginliyi artıra və NATO qüvvələrinin münaqişəyə cəlb edə biləcəyindən narahatdır.
Rusiyada “Storm Shadow” hücumlarının münaqişəni gərginləşdirə biləcəyi qorxusuna əlavə olaraq, mənbələr qəzetə deyib ki, ABŞ-da raketlərin sərhəddən uzaqda yerləşən Rusiya hədəflərini məhv edə bilməməsi ilə bağlı narahatlıq var.
Belə görünür ki, Böyük Britaniyanın baş naziri Keir Starmer bu məsələ ilə bağlı debat yaratmaq istəmir. Onun Mühafizəkarlar dövründə əvvəlki diplomatik mübahisələrdən sonra ABŞ-la danışıqlarda “məsləhətçi yanaşma”nı mənimsədiyi də deyilir.
Bu, Zelenskinin dünən (avqustun 27-də) ölkəsinin əldəqayırma ballistik raketi uğurla sınaqdan keçirdiyini elan etdiyi, lakin sınaqla bağlı əlavə təfərrüatlar vermədiyi bir vaxta təsadüf etdi.
Zelenski təsdiqləyib ki, Qərbin Ukraynaya verdiyi “F-16” qırıcıları bu həftə Rusiyanın şiddətli hücumlarını dəf etmək üçün istifadə olunub.
O, həmçinin müttəfiqləri yenidən Ukraynanın Rusiya ərazisindəki hədəfləri vura bilən uzaqmənzilli raketlər kimi tədarük etdiyi silahlardan necə istifadə etməsinə qoyulan məhdudiyyətləri aradan qaldırmağa çağırıb.