Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
23:11 | 6 aprel 2014 | Bazar
Məqaləyə 1772 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Bu dəqiqələrdə yayılan məlumata görə Xarkovda da Rusiyapərəst separatçılar regional administrasiyanın binasını tutublar. Milisin ciddi müqaviməti ilə qarşılaşmadan binaya daxil olan separatçılar administrasiyanın üzərində Rusiya bayrağı qaldırıblar. Binaya təxminən 1500 separatçının hücum etdiyi bildirilir.
***
22:54
Ukraynanın daxili işlər naziri Arsen Avakov ölkənin şərq regionlarında hakimiyyət orqanlarının binalarını tutan separatçılara qarşı silah işlədilməyəcəyini bildirib.
Avakov Facebook səhifəsində yazıb ki, situasiyanı qan tökmədən nəzarət altına alacaqlar.
«Putin və Yanukoviç ölkənin şərqində - Luqanskda, Donetskdə və Xarkovda növbəti separatçı iğtişaşları sifariş veriblər və haqqını ödəyiblər. Az adam toplaşıb, ancaq aqressivlik aşıb-daşır. Donetskdə binaya hücum edən kütlənin içərisinə çoxlu qadın və uşaq yerləşdiriblər. Münaqişəni qan tökülməyə aparmağa çalışırlar» - deyə Avakov yazıb.
Nazir bildirib ki, silah işlədilməməsi barədə əmr verilsə də təxribatçılara qarşı sərt davranılacaq.
Donetsk Daxili İşlər İdarəsi isə milisin separatçılara qarşı müqavimət göstərmədiyini təsdiqləyib və bildirib ki, qan tökülməsinə yol verməmək üçün bu addım atılıb.
Donetsk administrasiyasının binasını tutanlar isə ultimatum verərək bildiriblər ki, sabah saat 12-yə qədər vilayət sovetinin deputatları toplanmasa onlar özləri «xalq deputatları» seçib Rusiyaya birləşmək barədə müstəqil qərar verəcəklər.
Luqanskda isə Təhlükəsizlik Xidmətinin binasını tutan separatçılar köməyə əlavə qüvvələrin gələcəyini gözləyirlər. Belə ki, Donetsk vilayətinin Artyomovsk şəhərindən separatçı dəstə onlara kömək üçün Luqanska yola düşüb.
Xarkovda da yerli administrasiya binası qarşısında özlərini «federallaşma tərəfdarı» adlandıranlar toplanmağa başlayır. Gecə saatlarında binaya hücum olacağı istisna deyil.
***
22:34
Bu gün Ukraynanın şərq regionlarında Rusiyaya birləşmək tələbi ilə keçirilən növbəti mitinqlər yerli hakimiyyət orqanlarının binalarının ələ keçirilməsi ilə nəticələnib.
Virtualaz.org saytı Ukrayna mənbələrinə istinadən xəbər verir ki, Donetsk şəhərində Rusiya tərəfdarları yerli administrasiyası binasına hücum edərək tutublar və binanın üzərində Rusiya bayrağı qaldırıblar.
Xəbər verilir ki, binaya hücum edənlər idmançı paltarında maskalı şəxslər olub, onlar milis kordonunu yararaq binaya daxil olublar. Binanı ələ keçirənlər deputatların «xalq qurultayını» çağırmaq niyyətlərini bildiriblər və hakimiyyəti ələ keçirdiklərini elan ediblər.
Rusiya ilə həmsərhəd Luqansk vilayətinin mərkəzində isə Təhlükəsizlik Xidmətinin yerli idarəsinin binası ələ keçirilib. Xarkovda isə «Avromaydan» tərəfdarları ilə Rusiya tərəfdarları arasında ciddi toqquşmalar gedir. Ukrayna prezidentinin səlahiyyətlərini icra edən Aleksandr Turçinov yaranmış vəziyyətlə bağlı Litvaya səfərini təxirə salıb. Turçinovun güc strukturlarının rəhbərlərini təcili toplantıya çağırdığı bildirilir.
Xəbərlərə görə, Donetskin mərkəzi Lenin meydanında 2 mindən çox adam toplaşıb və onlar əvvəlcə «Berkut» xüsusi təyinatlılarına qarşı təqiblərə etiraz ediblər. Mitinq iştirakçıları əllərində Rusiya bayraqları, Georgiyevks lentləri, habelə rusiyameylli təşkilatların bayraqlarını tutublar.
Daha sonra kütlə regional administrasiya binasına doğru irəliləyib. Milis kordonunu yaran mitinqçilər binaya daxil olublar. Milislə toqquşmada mitinqçilər onlara butulka və daş atıblar, binanın şüşələri sındırılıb.
Son məlumatlara görə Donetskdə administrasiya binasını tutanlar müstəqil hakimiyyət formalaşdıracaqlarını bildirirlər. Binanın içərisində idmançı görkəmli 200-dən çox şəxs var. Onlar səsgücləndiricilərlə tərəfdarlarına müraciət edərək dəstək istəyiblər. Binanı ələ keçirənlər üçün içəriyə xeyli ərzaq daşınıb.
Luqanskda təhlükəsizlik xidmətinin idarəsinin ələ keçirilməsi zamanı bir qadının başı yarılıb, binanın qapı və pəncərələri sındırılıb. Xarkovda «Avromaydan» tərəfdarlarından da onlarla adam xəsarət alıb. Milis «Avromaydan»çıları Rusiya tərəfdarlarının əllərindən ala bilib, əksəriyyəti «Sağ sektor» hərəkatının üzvləri olan «Avromaydan»çılar onlar üçün ayrılmış «rüsvayçı dəhliz»lə meydandan çəkiliblər. Hadisələrin davamına dair xəbərləri operativ olaraq çatdıracağıq.