Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
11:15 | 7 aprel 2014 | Bazar ertəsi
Məqaləyə 1729 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Litvanın Rusiyanın Krımı işğalını tənqid etməsi öz nəticəsini verir. Rusiya ilə həmsərhəd olan keçmiş sovet respublikası rus bazarını itirə bilər. Bu barədə «New Europe» xəbər portalı bildirir.
Litvanın baş naziri Alqirdas Butkeviçiusun (Algirdas Butkevicius) sözlərinə görə, Rusiya artıq öz məhsullarını Litva vasitəsilə nəql etməmək üçün bir neçə daşıma təchizatı sifariş edib. O, Klaypeda limanının bütün terminalları vasitəsilə məhsulların ixracı, təkrar ixracı və idxalının mümkünsüz olduğunu bildirib.
Ötən həftə «SEB Vilniaus Bankas»ın (Litvada kommersiya bankı) baş icraçı müşaviri Gitanas Nauseda (Gitansa Nauseda) xəbərdarlıq edib ki, tezliklə yenidən yönləndirilməsə, rus bazarının itirilməsi Litvanın biznesinə mənfi təsir edəcək.
«İlk baxışdan, rus bazarının itirilməsi aşkar şəkildə özünü büruzə verəcək. İxracımızın demək olar ki, 20 faizi bununla əlaqəlidir. Bu rəqəm isə bizdə qorxu və narahatlıq yaradır», - Nauseda deyib.
«Lakin qeyd etməliyəm ki, ixracımızın böyük bir hissəsini yenidən ixrac təşkil edir. Başqa sözlə desək, ilk olaraq məhsullarını Litvanın ərazisindən Rusiyaya və bizim nəqliyyat sektorumuza ötürən xarici şirkətlər bundan təsirlənəcəklər».
Son məlumatlara görə, ötən il Litvanın Rusiyaya ixracı ümumi ixracın 19,8 faizini təşkil edib. Litva məhsullarının Rusiyaya ixracı isə cəmi 4,8 faizdir. Litvanın Rusiyaya ixracını əsasən ət və süd məhsulları təşkil edir. Həmçinin maşınlar, mexaniki qurğular, hissələr və nəqliyyat vasitələri də ixrac edilir.
O ki qaldı turizm sektoruna, rus qonşuları ilə böhranın getdikcə kəskinləşdiyi Litvanın dəniz kurortlarının pul ödəyəcəyi gözlənilir. Məsələn, Ukraynadakı hadisələr nəticəsində Belarusdan olan turistlər Krımda keçirməyi planlaşdırdıqları tətili təxirə salırlar və Litvanın dəniz kənarı ərazisində istirahət etməyə üstünlük verirlər.