Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
20:14 | 14 sentyabr 2024 | Şənbə
Məqaləyə 588 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Rusiyanın keçmiş prezidenti və Rusiya Təhlükəsizlik Şurasının hazırkı sədr müavini Dmitri Medvedev bu gün (sentyabrın 14-də) bildirib ki, onun ölkəsi Ukraynanın Qərbin uzaqmənzilli raketlərindən istifadəsinə cavab olaraq Ukraynanın paytaxtı Kiyevi qeyri-nüvə silahları ilə məhv edə bilər.
“Reuters”in verdiyi xəbərə görə, Medvedev Ukraynanın Rusiyanın Kursk bölgəsinə hücumu səbəbindən Moskvanın nüvə silahından istifadə etmək üçün artıq rəsmi səbəbləri olduğunu, lakin səbri tükəndikdə Kiyevi “ərimiş kütləyə” çevirmək üçün yeni və qabaqcıl texnoloji silahlardan istifadə edə biləcəyini deyib.
ABŞ prezidenti Co Bayden və Böyük Britaniyanın baş naziri Keir Starmer Ukraynanın Qərbdən aldığı uzaqmənzilli raketlərin Rusiyaya qarşı istifadəsinə icazə verilib-verilməyəcəyi ilə bağlı qərarı təxirə salıb. Bu, Moskvanı NATO ölkələri ilə münaqişəyə gətirib çıxara biləcəyi ilə hədələməyə vadar edən plan idi. Starmer Ağ Evdə jurnalistlərə deyib ki, o, Baydenlə strategiyaya dair geniş görüş keçirib və amma detallarını açıqlamayıb.
Görüşdən əvvəl rəsmilər bildiriblər ki, Starmer, müttəfiqlərin döyüş meydanındakı vəziyyətdən getdikcə daha çox narahat olduğu bir vaxtda, Britaniyanın “Storm Shadow” raketlərini Ukraynaya göndərmək planını dəstəkləməsi üçün Baydenə təzyiq göstərəcək. Bununla belə, Leyboristlər Partiyasının lideri bildirib ki, o, Baydenlə planı gələn həftə Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasında “daha geniş qrup”la müzakirə edəcək.
Rusiya prezidenti Vladimir Putin sentyabrın 12-də xəbərdarlıq edib ki, Qərb Ukraynanın Rusiya ərazisini uzaqmənzilli raketlərlə vurmasına icazə verərsə, bu, “NATO ölkələri Rusiya ilə müharibə edəcək” mənasına gələcəl.