Kreml Kiyevi vurmaqla hədələdi
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
19:57 | 16 sentyabr 2024 | Bazar ertəsi
Məqaləyə 542 dəfə baxılıb
Şriftin ölçüsü
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
Müəmmalı ölümün intihar, yoxsa qətl olması araşdırılır
“The Washington Post”: “Hakimiyyət daxilində müharibəyə münasibət dəyişməyə başlayıb”
Buradan göndərilən təzə tərəvəzlərə üstünlük verilməsi yerli fermerləri iflasa sürükləyir
Ali Məhkəmə il yarım əvvəl verilən hökmü qüvvədə saxladı
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
Şagirdlərin hücum xəbərlərinin mediada yayımını məhdudlaşdıran qanun layihəsi hazırlanır
Ölənlər var
PUA zərbələri güclü yanğına səbəb oldu
Rusiyada anti-polis çağırışları: “Rəsmi sənədlərə etibar etməyin”
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiyada məhkum qadınların sayı niyə artır?
Kremldəki həddindən artıq ehtiyatlılığa səbəb nədir?
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Rusiya prezidenti Vladimir Putin keçən həftə xəbərdarlıq etmişdi ki, “Qərb müttəfiqləri tərəfindən Ukraynaya uzaqmənzilli “Fırtına kölgəsi” (Storm Shadow) raketləri atmağa icazə verilməsi münaqişənin mahiyyətini və xarakterini əhəmiyyətli dərəcədə dəyişəcək.
Kremlin buna necə cavab verəcəyi hələ açıqlanmayıb. Putin, “Bizə qarşı yaranacaq təhdidlərə uyğun olaraq müvafiq qərarlar verəcəyik” deyib. Qərb əvvəllər belə hədə-qorxu ilə üzləşib. Putin 2022-ci ilin fevralında Ukraynanı işğal etdikdən sonra onlara bir neçə dəfə xəbərdarlıq etmişdi.
Sovet İttifaqı ilə nüvə silahlarının qadağan edilməsinə dair müqavilənin imzalanmasına kömək edən keçmiş ABŞ diplomatı və müzakirəçi Uilyam Kortni deyib ki, Kiyevin Rusiyaya uzaqmənzilli raketlər atması ehtimalı aylarla davam edən gərgin mübarizədən sonra Rusiyanın təhdidləri olan nüvə müharibəsi məsələsini yenidən gündəmə gətirilib.
Moskva bu ay Ukraynadakı müharibədə Qərbin “gərginliyin artması”na cavab olaraq nüvə doktrinasını dəyişəcəyini söyləyib. Rusiya iyul ayında Ukrayna yaxınlığında taktiki nüvə silahı təlimləri keçirib. Bundan əvvəl Putin mart ayında döyüş meydanında nüvə müharibəsində istifadə üçün nəzərdə tutulmuş taktiki nüvə silahlarının yerləşdirilməsinə istinad edərək, Rusiyanın nüvə müharibəsinə “hərbi-texniki cəhətdən” hazır olduğunu xəbərdar etmişdi.
Beləliklə, taktiki nüvə silahları nədir və onlar necə işləyir?
Britaniyanın “The Times” qəzetinin yazdığına görə, bütün şəhərləri məhv edə bilən nüvə başlıqlı qitələrarası ballistik raketlərdən fərqli olaraq, taktiki döyüş başlıqları birbaşa döyüş meydanında istifadə üçün nəzərdə tutulub. Taktiki döyüş başlıqları şəhəri məhv edən nüvə başlıqlarından daha az güclüdür və min tonluq kiçik partlayış gücünə malikdir. Halbuki İkinci Dünya Müharibəsi zamanı ABŞ-ın Xirosimaya atdığı bombanın gücü 15 min ton idi.
Rusiyanın bu silahların dəqiq sayı bilinməsə də, onun arsenalında təqribən 2000 taktiki döyüş başlığı olduğu təxmin edilir ki, bu da ABŞ-da olandan təxminən on dəfə çoxdur. Taktiki döyüş başlıqları səssizcə daşına və Moskvanın Ukraynada yerləşdirdiyi adi silah sistemlərindən istifadə etməklə buraxıla bilər.
Lakin taktiki nüvə partlayışının nəticələrinə tamamilə yanmış mənzərə, yastılaşmış binalar, bəlkə də minlərlə ölü, çirklənmiş çaylar və təsirlənmiş ərazini yaşayış üçün yararsız hala gətirən qalıq radiasiya daxildir. ABŞ Səhiyyə Nazirliyinin sözlərinə görə, istifadə edilən döyüş başlığının ölçüsündən asılı olaraq, 10.000 tonluq böyük bir bomba 800 metr radiusda hər hansı bir yerdə böyük zərər və radiasiya zəhərlənməsinə səbəb ola bilər. Zərbdən sonra çox az sağ qalar və ya tamamilə məhv ola bilər və 16 km məsafəyə qədər zərər verə bilər.
***
Müharibə Araşdırmaları İnstitutundan Corc Barros, “bu cür əməliyyatlar üçün lazımi bacarıqlara malik olan rus elit əsgərlərinin müharibənin ilkin mərhələlərində öldürülüb və Kremlin zirehli texnikasının vəziyyətinin o həddə qədər pisləşib, onlar artıq təsirli ola bilməzlər. Buna görə də Rusiya taktiki nüvə silahı yarada bilər, lakin ona əməl edə bilməyəcəyi üçün hər şey boşa çıxacaq. Təbii ki, bütün bunlar ehtimaldır. Heç kim indiyənə qədər bunu etməyib”, – deyib..
Rusiya hərbi doktrinası böyük, mərkəzləşdirilmiş hədəfi, məsələn, təyyarələr, tanklar, cəmləşdirilmiş piyada qoşunları, hərbi texnika və sursatların olduğu əraziləri məhv etmək üçün taktiki nüvə silahından istifadə etməyə çağırır. Ukrayna ordusu “mərkəzləşdirilməmiş” olduğundan və kifayət qədər resurslara malik olmadığından, belə bir hücuma haqq qazandıracaq “böyük hədəf” yoxdur.
"Taktiki nüvə silahlarından istifadənin səmərəsizliyi o deməkdir ki, onlar müharibədə güclü təhlükə deyil”, - Barros bildirib. Putinin alovlu ritorikasına baxmayaraq, Ukraynanın Qərb tərəfindən təmin edilən raketləri Rusiya ərazisi daxilində istifadə edəcəyi təqdirdə Rusiyanın nüvə silahından istifadə etmə ehtimalının az olduğunu ifadə edən Barros, “Qərb rəsmilərinin narahat olduğu belə bir gərginliyin olduğunu düşünmürəm”, – deyib.
Geosiyasi təzyiq və Rusiyanın müttəfiqlərinin dəstəyini itirmək riski də münaqişənin nüvə miqyasına keçməsinə mane olan digər amildir. Putinin nüvə müharibəsindən danışması əvvəllər Çin prezidenti Si Cinpin və Hindistan lideri Narendra Modini təşvişə salmışdı və onların hər ikisi Putini bu varianta qarşı xəbərdar etmişdi.
Uilyam Kortni deyib ki, bu çağırışlara məhəl qoymamaq yalnız “Rusiyanın beynəlxalq təcridini artıracaq və tərəfdaşları ilə potensial əməkdaşlığın itirilməsinə gətirib çıxaracaq”.