
SSRİ bizə nə etdi?
Soyqırımı, repressiya, işğal, talan, torpaq ilhaqı və daha nələr ...
Soyqırımı, repressiya, işğal, talan, torpaq ilhaqı və daha nələr ...
Tarixin düzgün tədris və təbliğ edilməməsinin acı nəticəsi...
Neftin 80 faizini verən Bakıya “Qəhrəman şəhər” adını qıymadılar
Mayın 9-da Həzi Aslanovun heykəlinə çələng qoymaq Moskvada olmaqdan daha əhəmiyyətlidir
... Yaxud yalan üzərində qurulanları çökdürən yalan
... Yaxud Qələbəyə 72 saat qalmış əbədiləşən ATA ƏSGƏR
Kosmik gəmi 53 ildən sonra Yerə enəcək
Böyük qələbənin 80 illiyini qeyd etməyə hazırlaşan millətin qara ləkəsi
Bir tonluq alov topu saatda 27360 km sürətlə yerə çırpılacaq
Bu acı tarixi heç vaxt unutmamalıyıq
Katın qətliamlarının 85-ci ildönümüdür
Kiminsə kölgəsinə sığınmaq birtərəfli asılılıq yaradır, milli kimlik itir
Polisi Heminquey oxuyan yeganə ölkə
SSRİ vaxtı Oleq Qordiyevski haqqında çıxarılan ölüm hökmü hələ də qüvvədədir
... Yaxud zamanı qabaqlayan yazıçı
Baş nazir, nazir və prezidentin 3 ildə ar-arda Moskvaya səfəri çevrilişlə bitdi
Sovetlər təzə-təzə hakimiyyətdə möhkəmləndikcə rəsmi təbliğatında qolçomaqlarla mübarizədə “düzgünlüyün və prinsipiallığın” gənc simvollarını yaratmağa çalışırdılar. Moskvadan bütün hər yerə təlimat getmiş idi ki, yaşından asılı olmayaraq hər bir kəs yeni hakimiyyətə qarşı çıxışlar etsə, nəsə gizlətməyə çalışsa və ümummiyyətlə gizlin nəsə iş görsə dərhal yerli orqanlara xəbər versinlər. Lakin bu təlimatlar kifayət etmirdi və onlara bir örnək lazım idi. Bu şəxs isə Pavlik Marozov adlı yeniyetmə seçildi.
Pavlik Morozov sovet dövrünün məşhur, “nümunəvi” pionerlərindən biri kimi sonrakı nəsillərə nümunə göstərilən yeniyetmələrindən birinə çevrildi. Onu bütün sovetlərə daxil olan coğrafiyada “əqidəli”, əsl sovet vətəndaşı olduğu şüurlara yeridilirdi. Burada əsl məqsəd isə, insanları hətta kiçik yaşlarından başlayaraq kütləyə çevirərək öz maraqları üçün çalışmağa vadar edirdi. İnsanlar bundan ötrü hətta öz doğmalarından da vaz keçməli idilər. Buna müasir dildə Xəbərçilik, sovet təbliğatına görə nümunəvi vətəndaş obrazı idi. Sovetlər pionerləri sosializm quruculuğuna yad olan atalarına, qohum-əqrəbalarına qarşı qaldırırdı və onların ilk qurbanlarından biri də Pavlik Morozov seçildi. Sovet dövründəki rəsmi iddiaya görə babası və əmisi tərəfindən atası haqqında hakimiyyət orqanlarına məlumat verdiyinə görə qətlə yetirilmişdi. Bu 14 yaşlı yeniyetmə barədə elə güclü bir təbliğat qurdular ki, sovetlərə daxil olan hər yerdə pionerlər nəinki ətrafda baş verənləri, hətta öz ailələri barədə yerli güc strukturlarına mütəmadi xəbər verirdilər.
Bu isə ağır nəticələrə gətirib çıxarırdı. Təkcə 1930-1935-ci illər ərzində özlərini Pavlik hesab edən xəbərçi pionerlərdən 56-sı ailələri tərəfindən qətl edilmişdi. Çox təəssüf ki, bu siyahıda Azərbaycandan da üç pionerin adı var:
– Əhməd Bəsirzadə. Kolxozda çörək gizlədən şəxsləri görüb xəbər verməyə qaçdığı zaman arxadan qohumları tərəfindən güllələnərək öldürülüb.
– Adil İslamov, 12 yaşında kolxozda sovet hakimiyyətinin əleyhinə danışan insanları görüb onları milisə xəbər vermək üçün getdiyini görənlər güllə ilə vurub qətl edirlər.
– Lətifə Süleymanova, kolxozda pay bölgüsü zamanı artıq payın götürülüməsini görüb etiraz etmək üçün milisə gedəndə kürəyindən bıçaq zərbəsi öldürülüb.
Hələ bu rəsmi qeydə alınanlar idi. Uşaq yaşlarından insanları satqın kimi yetişdirən sovet hakimiyyəti neçə-neçə ailəni qatilə çevirmişdi.