Bundestaqda yeni qayda
Üslub qaydalarını pozan deputata 4000, iclasa qatılmayan isə 300 avro cərimələnəcək
16:50 | 8 aprel 2025 | Çərşənbə axşamı
Məqaləyə 196 dəfə baxılıb
Şriftin ölçüsü
Üslub qaydalarını pozan deputata 4000, iclasa qatılmayan isə 300 avro cərimələnəcək
Regionda və dünyadakı sülhün möhkəmlənməsində Azərbaycanın rolu müzakirə olunub
Azərbaycan Prezidentinin köməkçisi Almaniyanın XİN-in dövlət katibi ilə müzakirələr aparıb
Hökumət sərbəst iş qrafiki ilə yanaşı iş müddətini artırmağı düşünür
Almaniya parlamentinin deputatının toxunulmazlığı qaldırıldı
Bir millət elmə arxa çevirəndə, bunun hesabını gələcək nəsillər ağır ödəyir
Sağlamlıq riski daşıyan məhsul mağazalardan yığılır
Avtonom “Ghost Shark”lara 1,1 milyard xərclənəcək
Xəsarət barədə məlumat verilmir
Rusiyadan gizli nüvə sualtı gəmisi əməliyyatı
Hansılar təhlükəsiz, hansıları risklidir?
55 min iş məhkəmə tarixini gözləyir
Yerli ziyarətçi sayı artıb, əcnəbilərdə isə azalma var
18 milyon dollara lüks hotelə çevrildi
Yarım milyardlıq layihənin 135 milyonunu Berlin ödəyib
Süni peyk görüntülərində ABŞ hücum qrupunun İranın qapısında olduğu məlum olub
Almaniyada bir çox şirkət işçilərini ixtisar edərkən, sualtı qayıq istehsalçısı “Thyssenkrupp Marine Systems” (TKMS) məşğulluqda böyük artıma hazırlaşır. Şirkət növbəti beş il ərzində Vismardakı gəmiqayırma zavodunda 1500 yeni işçi işə götürməyi planlaşdırır. Müraciətlər çərşənbə axşamı başlayır. Hazırda gəmiqayırma zavodunda cəmi 100 nəfər çalışır.
Meklenburq-Ön Pommern əyalətinin Baltik dənizi sahilində yerləşən Vismar şəhərindəki gəmiqayırma zavodu bu il təxminən 100 yeni gəmiqayırma işçisi işə götürməlidir. Növbəti illərdə isə hər il ən azı 300 yeni işçinin işə götürülməsi qarşıya məqsəd qoyulub. Bundan əlavə, hər il 60-a qədər tələbə işə cəlb ediləcək.
Məşğulluq bumunun əsas səbəblərindən biri Almaniya ordusunun (Bundesver) təcili modernləşdirilməsinə ehtiyacdır. 2024-cü ilin sonuna qədər Almaniya Bundestaqının Büdcə Komitəsi Almaniya Hərbi Dəniz Qüvvələri üçün dörd yeni nəsil 212 CD sinifli sualtı qayığın tikintisini təsdiqləyib. Təkcə Almaniya üçün bu layihə üçün sifariş həcmi 4,7 milyard avrodur.
212 CD sinifli sualtı qayıqların uzunluğu təxminən 73 metr, eni isə 10 metr olacaq. Lakin bu layihəyə başlamazdan əvvəl gəmiqayırma zavodunun texniki cəhətdən yenidən qurulması lazımdır. TKMS bu transformasiya üçün təxminən 200 milyon avro sərmayə qoymağı planlaşdırır.
TKMS, əvvəlki sahibi “Genting” (Honq Konq) 2022-ci ilin dekabrında müflis olduqdan sonra vismardakı tərsanəni ələ keçirdi. Həmin vaxt gəmiqayırma zavodu maliyyə çətinlikləri səbəbindən bağlanmışdı.
Vismarda sifarişlərin artması təkcə sualtı layihələrlə məhdudlaşmır. Eyni zamanda burada qütb tədqiqatları üçün yeni gəmi tikilir. “Polarstern” adlı bu yeni tədqiqat gəmisi üçün ümumi sifariş həcmi təxminən 1,5 milyard avrodur.