Paşinyan seçkilərdə qalib gəldi ...
.... Amma konstitusion çoxluq əldə edə bilmədi
19:08 | 22 aprel 2014 | Çərşənbə axşamı
Məqaləyə 1902 dəfə baxılıb
Şriftin ölçüsü
.... Amma konstitusion çoxluq əldə edə bilmədi
Azərbaycanın qazandığı sülh və Cənubi Qafqazın yeni tarixi
Paşinyanın partiyası açıq üstünlük qazandı, amma cəmiyyət sülh və qeyri-müəyyənlik arasında ikiyə bölünür
Ermənistan baş nazirinin partiyası Rusiyapərəst qüvvələrin topladıqlarının cəmindən çox səs qazandı
Ermənistanda qutudan kim çıxacaq ...
Yaxud müharibəni udub, sülhü uduzmaq təhlükəsi
İrəvandan çox Bakını düşündürən siyasi proses
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Kreml “tərəfdaşlarını” da yerinə qərar verir
Rusiya Ermənistana 100 min seçici göndərməyi planlaşdırır
Əgər Moskva ciddi təzyiq etmək istəsəydi çoxdan edərdi
Rusiyaya buraxılmayan Ermənistan məhsullarının siyahısı
Seçki öncəsi dezinformasiya dalğası güclənir
Paşinyan seçki mitinqində yeni neft qaz və qaz kəməri layihəsini elan etdi
Trampın Paşinyana dəstəyi Ermənistanda seçki gündəmini dəyişdi
Bunu baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri , Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov aprelin 22-də Koreyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Çoi Suk İni qəbul edərkən deyib.
Ölkəmizin müstəqillik əldə etdikdən
sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi kimi ciddi bir problemlə
üzləşdiyini, problemin həlli istiqamətində indiyədək heç bir irəliləyişə nail
olunmadığını diqqətə çatdıran Ə.Həsənov dünya birliyinin, güclü dövlətlərin
işğalçı Ermənistana təsir və təzyiq imkanlarından istifadə etmədiyindən,
haqqın, ədalətin bərpasına göz yummasından təəssüfləndiyini, bütün bunlardan
isə bir milyon 200 min soydaşımızın əziyyət çəkdiyini bildirib. Əsasən qaçqın
və məcburi köçkünlərlə bağlı gələcək əməkdaşlıq əlaqələrinin müzakirəsinə həsr
olunmuş görüşdə Koreya və Azərbaycan arasında qarşılıqlı əlaqələrin yaxşı
əsaslar üzərində qurulduğunu önə çəkən Ə.Həsənov son vaxtlar xüsusilə siyasi,
iqtisadi, mədəni, təhsil sahələrində əməkdaşlıq əlaqələrinin genişləndiyini
vurğulayaraq hökumətlərarası münasibətlərin bundan sonra da davam və inkişaf
etdiriləcəyinə əminliyini bildirib.
Komitə sədri qeyd edib ki, düzdür, son
illər ölkəmizin iqtisadi inkişafı Azərbaycan dövlətinin bu təbəqədən olan
vətəndaşlarının problemlərinin həllini öz üzərinə götürməsinə imkan yaradıb:
«Son 20 ildə bu sahəyə 5,4 milyard ABŞ dolları həcmində vəsait xərclənmişdir.
Bu günədək Dövlət Neft Fondunun vəsaiti hesabına bütün sosial-texniki
infrastrukturu ilə birlikdə 82 müasir qəsəbə salınıb, 180 min nəfərdən çox
qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb. Lakin
münaqişə hələ də özünün ədalətli həllini tapmadığından məcburi köçkünlərimizin
çoxu bu gün də ağır şəraitdə yaşamaqdadırlar».
Səfir Çoi Suk İn bütün bunlara rəğmən bildirib ki, onun rəhbərlik etdiyi səfirlikdə məcburi köçkünlərin problemlərinin həllinə az da olsa kömək göstərmək məqsədilə məcburi köçkün məktəblərində müxtəlif müsabiqələr keçirmək, onları mükafatlandırmaq kimi layihələr həyata keçirmək qərarına gəldiklərini, bütün bunlarla bağlı Azərbaycanda fəaliyyət göstərən Koreya şirkətləri ilə də razılaşmalar əldə etdiklərini bildirib.