Anlaşma düyünü
“Yox” demirlər, amma nəticə də yoxdur
15:29 | 15 may 2025 | Cümə axşamı
Məqaləyə 194 dəfə baxılıb
Şriftin ölçüsü
“Yox” demirlər, amma nəticə də yoxdur
Bankdakı 179 avroluq mirasa görə qeyri adi üsula əl atdı
Pakistan Baş naziri Türkiyə Prezidenti ilə də görüşəcək
“Danışıqlar hərbi bazada keçirilə bilər”
“İndiyə qədər görünməmiş miqyasda cavab veriləcək”
Hörmüz boğazı – dünya iqtisadiyyatının “qida borusu”
İranın ali lideri Trampla necə razılaşdı
Dünən gecə saatlarında tarixi siyasi mesajlaşma trafiki yaşanıb
ABŞ prezidenti İrana verilən vaxtın bitməsinə 1 saat qalmış müjdəni verdi
Şahbaz Şərif Trampdan müddəti uzatmasını, İrandan isə Hörmüzü açmasını istədi
Vaşinqton vasitəçi təşəbbüsünü qulaqardına vurur
Pakistan Vaşinqton–Tehran danışıqlarında vasitəçi rolunu gücləndirdi
Ankara–İslamabad xətti...
25 milyard dollarlıq hərbi tədarük planı təsdiqləndi
Bu nəqliyyat layihəsi yenidən müzakirə predmetidir
Çin isə Trampın əsas tələbləri ilə razılaşmadı, əksinə ...
Hindistan hakimiyyəti Kəşmirdəki münaqişə ilə bağlı dezinformasiya və Pakistan təbliğatını əsas gətirərək Çin dövlət mediasına məxsus sosial media hesablarını bloklayıb.
Ötən gün Çinin “Sinxua” rəsmi dövlət agentliyi və Çin Kommunist Partiyasının ingilisdilli nəşri olan “Global Times”ın “X” hesablarına giriş bağlanıb. Eynilə, “TRT World”ün hesabına da giriş qadağan edildi.
Hindistanın Pekindəki səfirliyi “Global Times” qəzetini Pakistanın Hindistan ordusuna məxsus döyüş təyyarələrini vurması ilə bağlı xəbər dərc etdikdən sonra “dezinformasiyada” ittiham edib. Pakistan ordusu Hindistan ordusuna məxsus 5 döyüş təyyarəsinin Çin istehsalı olan “J-10C” qırıcıları tərəfindən vurulduğunu bildirsə də, Yeni Dehli administrasiyası bunu təsdiqləməyib.
Hindistanın sosial media qadağaları Pekinin sərhəddəki Arunaçal Pradeş əyaləti ilə bağlı şərhlərindən sonra gəlib. Arunaçal Pradeş Butan, Myanma və Tibetlə həmsərhəddir.
Çin Hindistanın şimal-şərqindəki bu əyaləti Zəngzan adlandırır və onu Tibetin cənubunun bir hissəsi hesab edir. Bölgə ilə bağlı mübahisə 1962-ci ildə Hindistan-Çin müharibəsinə gedib çıxır.
Pekin hökuməti bazar günü elan etdi ki, Arunaçal Pradeşdəki bəzi rayonlara yeni Çin adları verilib. Yeni Dehli administrasiyası isə bu addıma etiraz edib və əyalətin Hindistan ərazisi olduğunu vurğuladı.
Digər tərəfdən, son münaqişələrdən sonra türk və azərbaycanlı turistlərin Hindistana rezervasiyalarında azalma müşahidə olunur. Türkiyə və Azərbaycan Hindistanı qınayıb və münaqişədə Pakistanı dəstəkləyib.
Hindistanın “MakeMyTrip” turizm şirkətinin məlumatına görə, son bir həftədə Azərbaycan və Türkiyədən sifarişlər 60 faiz azalıb. Eyni dövrdə ləğvlər də 250 faiz artıb.
“EaseMyTrip” həmçinin “son geosiyasi gərginliklər səbəbindən” Türkiyədən edilən ləğvlərin 22 faiz, Azərbaycandan isə 30 faiz artdığını bildirib.
***
Hindistanın nəzarətində olan Cammu və Kəşmirin Pahalqam rayonunda aprelin 22-də həyata keçirilən hücumda 26 turist həlak olub. Pakistanda qadağan olunmuş Laşkar-e-Tayyiba (LET) təşkilatının uzantısı olan Müqavimət Cəbhəsi (TRF) hadisəyə görə məsuliyyəti öz üzərinə götürüb. Kəşmir Müqaviməti olaraq da bilinən radikal islamçı təşkilat verdiyi açıqlamada bölgədəki “demoqrafik dəyişikliyə” qarşı olduğunu bildirib.
Bunun ardınca Yeni Dehli administrasiyası hücumun səbəbkarlarını Pakistandan ittiham edib, İslamabad isə bu iddiaları təkzib edib.
Mayın 6-da Hindistanın hücumları ilə iki nüvə dövləti arasında qarşıdurma yaranıb və Pakistan ordusu hücuma keçən beş hərbi təyyarəni, bir neçə helikopteri və onlarla PUA-nı məhv edib. Bir neçə gün davam edən müharibədən sonra ABŞ-ın vasitəçiliyi ilə mayın 10-da atəşkəs elan edilib.