Anlaşma düyünü
“Yox” demirlər, amma nəticə də yoxdur
16:09 | 19 may 2025 | Bazar ertəsi
Məqaləyə 164 dəfə baxılıb
Şriftin ölçüsü
“Yox” demirlər, amma nəticə də yoxdur
Bankdakı 179 avroluq mirasa görə qeyri adi üsula əl atdı
Pakistan Baş naziri Türkiyə Prezidenti ilə də görüşəcək
“Danışıqlar hərbi bazada keçirilə bilər”
“İndiyə qədər görünməmiş miqyasda cavab veriləcək”
Hörmüz boğazı – dünya iqtisadiyyatının “qida borusu”
İranın ali lideri Trampla necə razılaşdı
Dünən gecə saatlarında tarixi siyasi mesajlaşma trafiki yaşanıb
ABŞ prezidenti İrana verilən vaxtın bitməsinə 1 saat qalmış müjdəni verdi
Şahbaz Şərif Trampdan müddəti uzatmasını, İrandan isə Hörmüzü açmasını istədi
Vaşinqton vasitəçi təşəbbüsünü qulaqardına vurur
Pakistan Vaşinqton–Tehran danışıqlarında vasitəçi rolunu gücləndirdi
Ankara–İslamabad xətti...
25 milyard dollarlıq hərbi tədarük planı təsdiqləndi
Bu nəqliyyat layihəsi yenidən müzakirə predmetidir
Çin isə Trampın əsas tələbləri ilə razılaşmadı, əksinə ...
Hindistanın Cammu və Kəşmir əyalətindəki hücumdan sonra Hindistanın Pakistana hücumundan sonra Hindistanla Pakistan arasında artan gərginlik davam edir. Hindistan polisi əvvəllər Pakistana səfər etmiş və “İnstaqram” və “YouTube”da səyahət məzmunlu paylaşımlar edən sosial şəbəkə fenomenini həbs edib. Hindistan polisi “səyahətçi” Cotti Malhotranı casusluqda ittiham edir. Hindistanın şimalındakı Haryana əyalətində yaşayan “YouTube”rın bundan əvvəl qonşu Pakistana tez-tez səfər etdiyi, son səfərinin isə 2025-ci ilin martında olduğu iddia edilir.
BBC-nin məlumatına görə, Haryana polisi gənc qadının Pakistan Ali Komissiyasının rəsmisi ilə əlaqə saxladığını iddia edib. Sözügedən Pakistan rəsmisi bu ayın əvvəlində Hindistandan deportasiya edilib. Malhotranın atası isə qızının casus olması ilə bağlı iddiaları rədd edərək, qızının lazımi icazələri aldıqdan sonra Pakistana getdiyini bildirib.
***
Malhotra sosial media hesablarında özünü “köhnə ideyaları olan müasir qız” kimi təqdim edir. “YouTube”da 377 min abunəçisi olan qadının “İnstagram”da da 133 min izləyicisi var.
Malhotranın paylaşımları göstərir ki, o, Hindistanda, eləcə də Banqladeş, Çin, Tayland, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və İndoneziya kimi ölkələri ziyarət edib. Sorğu zamanı Hindistan rəsmiləri Malhotradan dünya səyahətlərini necə maliyyələşdirdiyini soruşublar. Polisin məlumatına görə, onun səyahətləri məlum gəlir mənbələrindən çox olub.
***
Polis Malhotranın Pakistan vətəndaşı ilə və o cümlədən "Pakistan kəşfiyyat agentləri" ilə daim əlaqə saxladığını iddia edib. Hindistan polisi həmçinin Malhotranın Pahalqam hücumu ilə mümkün əlaqəsini araşdırır. Yeni Dehli bunun İslamabadla əlaqəsi olduğunu və iki ölkə arasında gərginliyə səbəb olduğunu iddia edir.
Haryana Polis Departamentindən Şaşank Kumar Savan, Malhotranın digər “YouTube” fenomenləri ilə əlaqə saxladığını və sponsorluq səfərləri üçün Pakistana getdiyini söyləyib.
İki ölkə arasında gərginlik artdıqca, polisin fenomeninin əlaqə saxladığını dediyi Pakistan rəsmisi Ahsan-ur-Rahimdən mayın 13-də ölkəni tərk etməsi istənilib.