vaxtlı-vaxtında oxuyun! Şənbə, 24 may 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
BÖHRAN  
Haitidə vəhşilik 16:01 | 24 may 2025 | Şənbə Məqaləyə 14 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Haitidə vəhşilik

Aralarında uşaqların da oldu ən azı 50 nəfər həyatını itirib

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Haitidə bir qəsəbəyə silahlı dəstənin hücumu nəticəsində 50 nəfər, o cümlədən uşaqlar həlak olub. Yerli medianın məlumatına görə, silahlı dəstə üzvləri mərkəzi Preval şəhərində bir neçə evi yandırıb və dinc sakinlərə hücum ediblər.

Maranatha kilsəsinə basqın edən dəstə üzvləri 86 yaşlı keşiş Cok Brutusun başını kəsərək öldürüblər.

Hücumlarda aralarında uşaqların da olduğu 50 nəfər həyatını itirib, çoxlu sayda yaralı var.

Hadisə şahidlərindən biri İspaniyanın “EFE” xəbər agentliyinə, “Ən azı 50 cəsəd tapılıb. Qırğın yerinə çatmaq demək olar ki, mümkün deyil, çünki ərazi hələ də dəstənin nəzarətdədir. Cəsədlərdən 14-nün başı kəsilib və yandırılıb”, – deyib.

Haiti Yepiskop Konfransı (CEH) hücumla bağlı bəyanat yayaraq, şəhər əhalisinə qarşı bu vəhşiliyə görə dərin kədər ifadə edərək, səlahiyyətliləri təcili tədbirlər görməyə çağırıb.

Qətliamın “Özünümüdafiə Koalisiyası” adından istifadə edən silahlı dəstə tərəfindən həyata keçirildiyi iddia edilir.

***

İllərdir siyasi, iqtisadi və təhlükəsizlik böhranları ilə mübarizə aparan Haiti 11 milyonu aşan əhalisi ilə aclıq təhlükəsi ilə üz-üzədir.

Silahlı dəstələrin paytaxt Port-o-Prinsin 80 faizindən çoxuna nəzarət etdiyi ölkədə zorakılıq artmaqdadır.

Birləşmiş Millətlər Təşkilatının (BMT) məlumatlarına görə, 2024-cü ildə Haitidə silahlı dəstə üzvlərinin hücumları nəticəsində 5600-dən çox insan həlak olub.