
“Dəli olmağa başlayırsan”
Avstraliya vətəndaşının Çin həbsxanasında yaşadığı 5 il
Avstraliya vətəndaşının Çin həbsxanasında yaşadığı 5 il
Bütün ştat üzrə axtarış tədbirlərinə başlanıldı
Fransa xaricdən cəzaçəkmə müəssisələri kirayə götürməyi düşünür
12 saat axtarılan məhbusun məüyyən olunduğu yer ədliyyəçiləri şoka saldı
Dolub-daşan Fransa həbsxanaları ilə bağlı indiyə qədər görülməmiş qərar
Həbsxana mühafizəçilərinin evinə hücum edənlərə mükafat təyin edilib
Sadəcə düzgün istifadə etməyi bilən və bilməyənlər var
Məhbusun orta hesabla gündəlik saxlanma xərci bir qurumda 105, nazirlikdə isə 130 avro göstərilir
Cəzaçəkmə müəssisələrində yer qalmayıb, məhbuslar yerdə yatır
Eyni vaxtda baş verən əməliyyatlarda avtomobillər yandırılıb, avtomatlarla atəş açılıb
Məhbus ziyarətə gələn arvadını öldürdü
Azot qazı ilə edam mübahisələrə səbəb olub
5 cinayətkarla əlaqədar ölkədaxili və beynəlxalq həyəcan verilib
Volqoqrad həbsxanasında baş verən üsyan yatırıldı
Məhbuslara noutbuk və mobil telefon verən həbsxana
İki məhkumu yedilər
Haitinin qərbindəki Sen-Mark bölgəsində həbsxanadan qaçarkən baş verən qarşıdurmada 11 məhbusun həyatını itirdiyi bildirilib. Haiti Milli Polisinin sözçüsü Mişel Ange Louis Jeune, 540 nəfərin qaldığı Sen-Markdakı həbsxanada qarşıdurma baş verdiyini, məhbusların isə qaçdığını açıqlayıb. Jeune hadisədə 11 məhbusun öldüyünü, bir məhbusun isə həbs olunduğunu deyib.
Sosial mediada yayılan görüntülərdə həbsxanada alov və tüstü yüksəldiyi görünsə də, rəsmilər qaçan məhbusların sayının hələlik məlum olmadığını bildirib.
Haiti həbsxanalarında təxminən 7500 məhbus olduğu halda, bu qaçış cəhdi bu il üçüncüdür.
“Le Nouvelliste” qəzeti mövzu ilə bağlı xəbərində qaçış cəhdinin həbsxana mühafizəçilərinin tətili zamanı baş verdiyini iddia edib.
Haitidə ictimai iğtişaşlar, 2021-ci ilin iyulunda prezident Jovenel Moizə sui-qəsdi, həmin ilin avqustunda 2200-dən çox insanın ölümünə və on minlərlə evi yıxmasına səbəb olan 7,2 bal gücündə zəlzələ, inflyasiya, vəba epidemiyası, adam oğurluğu kimi acınacaqlı hadisələri artdığı son illərdə xeyli dərinləşib. 2022-ci ilin aprelindən bu yana ölkədə silahlı qruplar arasında baş verən qarşıdurmalar nəticəsində yüzlərlə insan həyatını itirib.
Son illərdə inflyasiyanın ən yüksək həddə çatdığı ölkədə əhalinin 40 faizi ərzaq yardımından asılıdır. Silahlı münaqişələr yüzlərlə insanın ölümünə, minlərlə insanın didərgin düşməsinə səbəb olub.
Birləşmiş Millətlər Təşkilatının hesabatında paytaxt Port-au-Prinsdə təhlükəsizlik problemlərinin müharibə vəziyyətində olan ölkə səviyyəsinə çatdığı qeyd edilib.