
Suriya gerbini yenilədi
Ulduzların sayı artırılıb, buğda sünbülləri çıxarılıb
Ulduzların sayı artırılıb, buğda sünbülləri çıxarılıb
Livan terror təşkilatı ilə tam bacara bilmir
İsrail və Suriya arasında təmas
Buğdada məhsuldarlıq iki dəfə azalıb, ölkənin ərzaq təhlükəsizliyi risk altında
Dəməşqdə baş verən terror aktında zərərçəkənlər haqda məlumat verilməyib
Dəməşq kilsəsinə bombalı hücum
Suriyanın diktator prezidentinin əmisi oğlu axtarışda idi
Terror təşkilatı Suriya və İraqda yenidən təşkilatlanır
Tom Barak: “Bu gün bizim maraqlarımız üst-üstə düşür”
Uşaqların mübahisəsi kütləvi toqquşmaya çevrildi
İtkin düşən ABŞ jurnalisti Əsəd rejimi tərəfindən həbs edilib
Suriya yenidən vətəndaş müharibəsi astanasındadır
Kürd yaraqlıları inteqrasiyadan kənarda qalacaq
İki yüksək vəzifəli məmur öldürüldü
Edam edilən İsrail agentinin arxivini oğurladılar
AB Suriyaya qarşı bütün iqtisadi sanksiyaları ləğv edir
Suriya rejimi iki ilə yaxındır davam edən qanlı qətliamlar seriyasından daha birini törədib. Budəfəki qətliam öz amansızlığı ilə fərqlənir. Xəbərlərə görə, Bəşər Əsədin aviasiyası ölkənin Qamma əyalətinin Qalfiyə şəhərində çörək növbəsində dayanmış insanlara bomba zərbələri endirib. Yüzlərlə insanın çörək sexinin qarşısında növbəyə dayandığı bir vaxtda endirilmiş aviazərbələr nəticəsində əksəriyyəti azyaşlı uşaqlar və qadınla olmaqla, 300-ə yaxın adamın öldüyü bildirilir.
Məlumata görə, həmin şəhər bu yaxınlarda müxalifət qüvvələrinin nəzarətinə keçib və Əsəd ordusu şəhəri intensiv şəkildə bombalayır. Bildirilir ki, Qalfiyə şəhərində törədilmiş qətliam Suriyadakı müharibə ərzində ən qanlı qətliamdır. Ölənlərin sayının artacağı təxmin edilir, belə ki, bomba zərbələri nəticəsində bir neçə bina da dağılıb və dağıntılar altında xeyli adam qalıb. İnternetdə Qalfiyə şəhərindəki qırğının dəhşətli videogörüntüləri yayılıb və kadrlarda çoxlu uşaq, qadın cəsədlərinin tanınmaz hala düşdüyü əks olunur. Xəbərlərə görə, Əsəd ordusu Dəməşq ətrafına və digər şəhərlərdə də zərbələr endirib, bu zərbələr nəticəsində yüzdən çox adam həlak olub.